• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əlillərin ehtiyacları öyrəniləcək

Azərbaycanda əlillərin ehtiyacları öyrəniləcək
22.08.2016 15:50
 Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycanda palliativ yardım xidmətinə olan ehtiyacların qiymətləndirilməsini həyata keçirəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, palliativ yardım xidməti dedikdə əlillərə, ahıllara, ağır yataq xəstələrinə, xəstəliyin ağırlaşan və geridönməz mərhələsi diaqnozu qoyulmuş pasiyentlərə həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə onlara və ailə üzvlərinə göstərilən xidmətlərin geniş tədbirlər sisteminin yaradılması nəzərdə tutulur.

Bu aydan etibarən araşdırma məqsədi ilə İSİM-in mütəxəssisləri paytaxtda və regionlarda (Abşeron, Gəncə-Qazax, Lənkəran, Aran, Quba-Xaçmaz, Şəki-Zaqatala və Dağlıq Şirvan) hər birində seçilmiş tibb müəssisələrinin rəhbərliyi, həkimləri, orta tibb personalın köməyi ilə bu xidmətdən bəhrələnə biləcək xəstələri və onların yaxınları müəyyən edərək sorğuya cəlb ediləcəklər.

Araşdırma zamanı palliativ yardım xidmətinin yaradılması üçün mövcud imkanlar və əngəllər müəyyən ediləcək. Layihə çərçivəsində görüləcək işin nəticəsində palliativ yardım xidmətinin yaradılması üçün kadr potensialının gücləndirilməsi, texniki və digər resursların əlçatanlığının təmin edilməsi, habelə xidmətin təşkili üzrə metodoloji və institusional inkişafa dair təkliflərin hazırlanması, o cümlədən palliativ yardıma ehtiyacı olan əsas xəstə qruplarının və xəstəliklərin siyahısının tərtib edilməsi planlaşdırılır.
Gələcəkdə palliativ yardımdan faydalanacaq pasiyentlərin ehtiyac duyduqları dərman və digər tibbi ləvazimatların siyahısının ilkin olaraq müəyyənləşdirilməsində bu araşdırma yardımçı olacaq.

Araşdırmanın nəticələrinə əsaslanaraq müvafiq tövsiyələrlə hesabatın hazırlanması və Səhiyyə Nazirliyinin müvafiq qurumlarının, ictimai təşkilatların və digər maraqlı mütəxəssislərin iştirakı ilə müzakirələrin aparılması nəzərdə tutulur.

İlin sonuna kimi davam edəcək bu fəaliyyət "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.1.3 və 9.3.1-ci bəndlərinə, "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı” üzrə Fəaliyyət Planının 3.3.11-ci bəndinə uyğun olaraq həyata keçirilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol