• $
  • €
  • ₽
  • ₺
  • £

Hindistanın Azərbaycandakı səfiri ADU-da - FOTO

Hindistanın Azərbaycandakı səfiri ADU-da - FOTO
22.08.2016 21:30
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rananı qəbul etdi. 

Qonağı salamlayan professor Dünyamin Yunusov onu ADU-da görməkdən şad olduğunu bildirdi və universitetin tarixi, beynəlxalq əlaqələri, fəaliyyəti haqqında danışdı. ADU-nun öndəgedən universitetlərdən biri olduğunu deyən D.Yunusov universitetə qəbulun ildən-ilə artdığını bildirdi. O, bu il universitetdə təhsil alacaq tələbələrin sayının yeddi mindən çox olduğunu da sözlərinə əlavə etdi. Professor Dünyamin Yunusov ADU-nun əsasən pedaqoji, beynəlxalq  və tərcümə sahəsində mütəxəssislər yetişdirdiyini qeyd etdi.  O, təhsil müəssisəsində tədris olunan 22 dil sırasında hindi dilinin də yer aldığını vurğuladı. Professor Dünyamin Yunusov universitetdə mövcud olan Hindistan mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək tələbələrin bu dili böyük maraqla öyrəndiklərini sözlərinə əlavə etdi. 

ADU-da olmaqdan məmnunluğunu dilə gətirən səfir Sanjay Rana universitetdə Hindistan mərkəzinin fəaliyyətinin və tələbələrin hindi dilinə maraq göstərməsinin sevindirici hal olduğunu bildirdi. O, ADU-da fəaliyyət göstərən Hindistan mərkəzinin daha da inkişaf etməsinə kömək edə biləcəklərini, eyni zamanda mərkəz üçün lazım olan kitabların səfirlik tərəfindən təmin ediləcəyini vurğuladı. 

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin keçirilməsi haqqında fikir mübadiləsi aparıldı. 

Sonda səfir professor Dünyamin Yunusova hədiyyə təqdim etdi.

Görüşdən sonra səfir ADU-da fəaliyyət göstərən açıq kitabxana ilə tanış oldu. 
 





www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol