• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il məktəbli formalarının neçəyə satılacağı açıqlandı

Bu il məktəbli formalarının neçəyə satılacağı açıqlandı
24.08.2016 13:56
Bu il iyunun 1-dən məktəbli formaları ötənilki qiymətlərlə müqayisədə 7 faiz bahalaşıb. O vaxtdan indiyədək heç bir artım qeydə alınmayıb.

Bu barədə "Report"a Bakı Tikiş Evinin Satış şöbəsinin rəisi Etibar Əzimov məlumat verib.

O bildirib ki, sonuncu devalvasiyadan sonra məktəbli formalarının qiymətlərində cüzi fərq olub: "1-6-cı siniflər üçün olan kostyumların qiyməti 34 manatdan 37-yə, 7-11-ci sinif şagirdləri üçün olan kostyumların qiyməti isə 43 manatdan 46 manata yüksəlib. Qiymətlər 3 manat bahalaşıb".

Satış rəisi bildirib ki, məktəbli formalarına müəyyən tələbat olduğu üçün tikiş və satış prosesi ilboyu davam edir. Onun sözlərinə görə, bu mövsüm hələ ki, əsas satışlar başlamayıb: "Biz kifayət qədər forma hazırlamışıq. Bakı şəhərinin bütün rayonlarında, eləcə də Xırdalan və Sumqayıt şəhərlərində 14 filialımız fəaliyyət göstərir. İnsanlar 597-45-39 nömrəli "qaynar xətt"ə zəng vurmaqla məktəbli formalarının satışı ilə bağlı bizdən məlumat ala bilirlər. Bölgələrdən Göyçay, Şəki, Oğuz və Qəbələdə yerli idaretmə orqanlarının müraciəti əsasında satış təşkil etmişik. Göyçay rayonuna 1000 dəst paltar göndərmişik. Lazım olsa, yenə də göndərəcəyik".

Bəzən məktəbli formalarının keyfiyyəti ilə bağlı valideynlərin narazılığına gəlincə, E.Əzimov bildirb ki, Bakı Tikiş Evinin filiallarında satılan formalardan şikayət daxil olmur. Onun sözlərinə görə, şagirdlərin çəkisində dəyişkilik olmadığı halda formanı bir-iki il geyinə bilirlər: "Biz satış mərkəzlərimizdə satılan mallara zəmanət veririk. Formaların tikilməsində lazım olan bütün xammal Türkiyədən gətirilir. Parçalar həmin ölkənin "Bossa" firmasına məxsusdur. Həmin firmanın Avropa laboratoriyasından sertifikatı var. Firmanın mallarının 80 faizi Avropaya ixrac olunur. Şikayət o mallardan olar ki, bəzi adamlar Çindən kilo ilə formaları alır və bazarda satırlar. Təbii ki, həmin paltarların keyfiyyəti normalara cavab verməyəcək".  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol