Nazirlikdən Lahıcda şort geyməyin qadağan edilməsi xəbərinə MÜNASİBƏT

Mədəniyyət və Turizm Nazirliyi İsmayıllı rayonunun Lahıc qəsəbəsində şort geyməyin qadağan edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov Oxu.Az-a bildirib ki, Lahıc qəsəbəsində şort geyməyin qadağan edilməsi ilə bağlı yayılan şəkil 2013-cü ilə aiddir.
Onun sözlərinə görə, 2013-cü ildə elə bu məsələ ilə bağlı İsmayıllı rayonunun Lahıc bələdiyyəsinin üzvü işdən çıxarılıb.
Qeyd edək ki, Lahıc bələdiyyəsinin sədri Rövşən Əliyev virtualaz.org saytına açıqlamasında vaxti ilə belə bir elanın qəsəbə ərazisində olduğunu inkar etməyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























