• $
  • €
  • ₽
  • ₺
  • £

Patrik Hikkinin günahkar olduğunu təsdiqləyən yeni faktlar

Patrik Hikkinin günahkar olduğunu təsdiqləyən yeni faktlar
24.08.2016 22:00
Hikki və Evans daxil olmaqla 7 nəfər saxlanılıb.

"Rio-2016”-da qanunsuz bilet alverində təqsirli bilinərək saxlanılan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin günahkar olduğunu təsdiqləyən faktlar aşkarlanıb.

ANN.Az Apasport-a istinadən xəbər verir ki, bunu Braziliyanın Rio-de-Janeyro şəhərinin polis idarəsindən açıqlayıblar.

Eyni zamanda İrlandiya Olimpiya Komitəsinin rəhbəri olan 71 yaşlı funksioner daha 4 nəfərlə birlikdə həbsdə saxlanılır ki, onlardan biri İngiltərə "İpsviç” futbol klubunun rəhbəri Mark Evansdı.

Braziliyalı müstəntiq Rikardo Barbosa keçirdiyi mətbuat konfransında Hikkinin məhz Evansla əlaqələr üzündən "ilişdiyini” bildirib.

"Əlimizdəki dəlillər, ilk növbədə də elektron məktublar Patrik Hikkinin Mark Evansla əlaqədar olduğunu təsdiqləyir. Sonuncu THG şirkətinin rəhbəri, Hikki isə İrlandiya Olimpiya Komitəsinin prezidentidi. Bütün qanunsuz bilet satışının təşkilatçısı da THG şirkətidi. Bu cinayətkarlar sisteminin əsas işi biletləri rəsmi qiymətindən daha yuxarı satmaqdı. Onlar bunu qonaqpərvərlik proqramı adı altında gizlədirlər”.

THG şirkətinin direktoru Kevin Mallonun həbsindən sonra daha da genişlənən istintaq Hikki və Evans daxil olmaqla 7 nəfərin saxlanılması ilə nəticələnib. Mallonun əlində yaxalanan yüzlərlə bilet arasında Olimpiya Oyunlarının açılış mərasimi üçün nəzərdə tutulanlar da olub. Nominal qiyməti 1400 dollar olan bu biletlər qara bazarda 8000 dollara satılması planlaşdırılıb.

Qeyd edək ki, istintaq nəticəsində İrlandiya Olimpiya Komitəsinin daha 3 əməkdaşı da saxlanılıb. Bunlar nümayəndə heyətinin rəhbəri Kevin Kilti, baş katib Dermot Henihan və Stiven Martindi.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol