• $
  • €
  • ₽
  • ₺
  • £

Rövşən Lənkəranskinin qətli ilə bağlı iki nəfər həbs olundu

Rövşən Lənkəranskinin qətli ilə bağlı iki nəfər həbs olundu
25.08.2016 10:06
Avqustun 18-də İstanbulda öldürülən azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin (Canıyev) qətli üzrə aparılan istintaq zamanı şahidlər dindirilib.
 
APA-nın "Habertürk”ə istinadən verdiyi məlumata görə, R. Lənkəranskinin qətlə yetirildiyi avtomobili idarə edən iş adamı Tahir C. şahid qismində polisə çağırılıb. Dindirmədən sonra onun barəsində həbs qərarı verilib. R. Lənkəranskinin oteldə Tahir C. ilə görüşdüyü müəyyənləşib. Həmin toplantıda Lənkəranskinin yaxın adamları sayılan azərbaycanlı Hacıbaba T., A.N. və Z.İ. də iştirak ediblər. Onlar da şahid qismində polisə dəvət olunub.
 
Dindirilmə vaxtı Hacıbaba T-nin şübhəli şəxs kimi axtarışda olduğu, onun 2013-cü il avqustun 18-də İstanbulda öldürülən azərbaycanlı iş adamı Əli Həmidovun qətlində iştirak etdiyi ortaya çıxıb. Beləliklə, o da saxlanılıb. Hacıbaba T.-nin Rusiyada törədilən 5 qətl hadisəsinin də iştirakçısı olduğu müəyyənləşib.
 
Ə. Həmidovun qətlinin sifarişinin Lənkəranskinin verdiyi bildirilir.
 
Lənkəranskinin qətlində daha əvvəl şübhəli şəxs kimi saxlanılan və kriminal aləmin üzvü olduqları bildirilən Laşi Ş, Yuri P, Vasili H. və Nadir S. adlı şəxslərlə bağlı araşdırmalar davam etdirilir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol