5-ci mərtəbədən düşən uşağı həkim göydə tutdu

Bu gün günorta saatlarında Sumqayıtda təəccüblü hadisə baş verib.
manevr.az xəbər verir ki, şəhərin Təcili Tibbi Yardım stansiyasının həkimi Çiçək Cahangirova 3-cü mikrorayon, ev 11/18-in qarşısından keçərkən qəfildən 5-ci mərtəbədən azyaşlı uşağın yıxıldığını görüb. O, özünü itirmədən uşağı göydə tutmağa müvəffəq olub.
Güclü zərbədən qadın yerə yıxılsa da, nə o, nə də ki, uşaq ciddi zədə almayıb. Həkim vaxt itirmədən uşağı yaxınlıqdakı Təcili Yardım Stansiyasına çatdırıb.
Bu barədə məlumat verən həkim Nazilə Gültacın sözlərinə görə, 4 yaşlı Caviddə heç bir ciddi zədə müşahidə olunmayıb və o özünü normal hiss edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























