• $
  • €
  • ₽
  • ₺
  • £

Müsavat Partiyasının yaratdığı təşviqat qrupunu qeydə alınmadı

Müsavat Partiyasının yaratdığı təşviqat qrupunu qeydə alınmadı
27.08.2016 14:58
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Müsavat Partiyasının sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsində (referendum) təşviqat qrupu qismində iştirak etmək üçün yaratdığı "Respublika" təşviqat qrupunun müraciətinə baxılıb.

"Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, MSK bununla bağlı araşdırma aparıb: "Məlum olub ki, təqdim edilən etibarlı imzaların sayı qrupun qeydə alınmasına kifayət etmir”. 

İclasda iştirak edən Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı qeyd edib ki, avqustun 26-da MSK ilə əlaqə saxlayıb və ona imzaların etibarlılığında heç bir problemin olmadığını deyiblər: "İndi bu cür qərarın verilməsi normal deyil. Heç bizə bununla bağlı rəy də təqdim olunmayıb. Bütün bunlar siyasi qərardır”.

MSK sədri Məzahir Pənahov isə deyib ki, seçici imzaları dəqiq yoxlanılır, burada kiməsə fərq qoyulmur: "Amma seçici imzalarının yoxlanılmasının başa çatması ilə bağlı məlumat verilməli idi. Niyə məlumat verilməsin ki?! Burada gizli nə var? Bütün hallarda düşünürəm ki, imzaların yoxlanılması şəffaf şəkildə aparılıb”.

Müzakirələrin yekununda "Respublika" təşəbbüs qrupunun qeydiyyatı səsverməyə çıxarılıb, amma qrup qeydə almayıb.
Qeyd edək ki, "Respublika” təşviqat qrupunun imzatoplama kampaniyasında "D18” Hərəkatı da iştirak edib. Ümumilikdə, 41 128 imza toplanıb.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol