• $
  • €
  • ₽
  • ₺
  • £

Yol hərəkəti qaydalarının pozulmasına görə 58,5 milyon manat cərimə

Yol hərəkəti qaydalarının pozulmasına görə 58,5 milyon manat cərimə
29.05.2020 08:57
 "Bu ilin 6 ayı ərzində yol-hərəkət qaydalarının pozulması nəticəsində 40,2 milyon manat məbləğində cərimələrin tətbiq edilməsi barədə məlumat həqiqəti əks etdirir.

 Məlumat üçün əlavə olaraq onu da deyə bilərəm ki, 8 ay ərzində isə respublika üzrə 2 100 000 yol hərəkəti qaydası əleyhinə olan inzibati xəta aşkarlanaraq sənədləşdirilib. Bu inzibati xətalara görə 58,5 milyon manat məbləğində cərimələr tətbiq edilib".
 
Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bir sıra xəbər saytlarında statistik rəqəmlərə əsasən ilin altı ayı ərzində yol-hərəkət qaydalarının pozulması nəticəsində 40,2 milyon manat məbləğində cərimələrin tətbiq edilməsi barədə məlumatları şərh edərkən deyib.
 
E. Zahidov bildirib ki, qayda pozuntularının 65 faizi məhz foto-video qeydiyyat funksiyasına malik olan xüsusi texniki vasitələr tərəfindən tərtib edilən elektron protokollar olub.
 
"Yeri gəlmişkən daha bir məsələyə də münasibət bildirmək istərdim. Təəssüf ki, bəzən belə uğurlu nəticələri gözdən salmağa, DYP-nin fəaliyyətini qərəzli şərh etməyə və bununla da cəmiyyətdə guya çaşqınlıq yarada biləcəklərini düşünənlərə də rast gəlirik.

Məsələn, bəzi "hüquq müdafiəçiləri" ayrı-ayrı sosial şəbəkələrdə sözügedən məlumatda qeyd edilən rəqəmə - 40,2 milyon manata istinad edərək yol polisinin bu qədər qayda pozuntusu aşkar etməsi nəticəsində tətbiq edilən cərimələrin guya dövlət büdcəsinin doldurulmasına hesablanması barədə əsassız və cəfəng iddia irəli sürüblər. Əvvəla, hər kəsə aydındır ki, 40 yaxud 50 milyon manat respublikanın bugünkü büdcəsində olduqca kiçik rəqəmdir. İkincisi, dünyanın inkişaf etmiş bütün dövlətlərində olduğu kimi, ölkəmizdə də nəqliyyatın hərəkətinə həm də foto-video qeydiyyat funksiyasına malik ən müasir xüsusi texniki vasitələrin köməyi ilə nəzarət olunur. İnzibati xətaların əksəriyyəti  də məhz bu qurğular vasitəsilə aşkarlanır və real vaxt rejimində elektron sənəd formasında tərtib edilir. Qərəzli statusların müəlliflərindən fərqli olaraq vətəndaşlarımız yaxşı başa düşür ki, bu qədər qayda pozuntusunun aşkarlanması eyni zamanda onlarla, bəlkə də yüzlərlə insanın həyatda qalması, şikəst, əlil olmaması, ailələrin yasa batmaması deməkdir. Məhz xüsusi texniki vasitələrdən səmərəli istifadənin, həmçinin  yol-patrul xidməti əməkdaşlarının qayda pozuntularına qarşı apardıqları barışmaz mübarizənin nəticəsidir ki, yol-nəqliyyat hadisələrinin, belə qəzalarda ölən və yaralananların sayı gündən-günə azalır. Əgər keçən illə bu ilin analoji dövrünu müqayisə etsək, görərik ki, bu il yol-nəqliyyat hadisələri 130 fakt (10,4 faiz), qəzalar nəticəsində ölənlərin sayı 111 nəfər (22,3 faiz), yaralananların sayı isə 122 nəfər (9,3 faiz) azalıb. Özü də ölkəmizin paytaxtında və magistral yollarında nəqliyyat vasitələrinin sayının durmadan artdığı bir vaxtda... Ona görə istər cinayətkarlıqla, istərsə də yol-hərəkət qayda pozuntularıyla mübarizə aparan polisin əldə etdiyi uğurları gözü götürməyən, onlara qarşı qərəz nümayiş etdirən həmin dırnaqarası hüquq müdafiəçilərinin nə yazmalarından, hansı  mövqe sərgiləmələrindən asılı olmayaraq  vətəndaşlarımız da, sürücülər də polisin fəaliyyətinə həmişə dəstək olurlar  və təqdir edirlər", - deyə E. Zahidov qeyd edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol