• $
  • €
  • ₽
  • ₺
  • £

Gündüz İsmayılov: "Ziyalılarımız xurafata qarşı daha zəif mübarizə aparırlar"

Gündüz İsmayılov: "Ziyalılarımız xurafata qarşı daha zəif mübarizə aparırlar"
29.08.2016 19:22
21-ci əsr olmasına baxmayaraq, xurafatla mübarizənin aparılması bu gün cəmiyyətimiz üçün aktual olan məsələdir.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov bu gün "Dini radikalizm və xurafat: bir medalın iki üzü" mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, həm xurafat, həm də dini radikalizm cəmiyyət üçün çox zərərlidir: "DQİDK-nın dini radikalizmlə mübarizədəki əsas fəaliyyət xətt ideoloji istiqamətdir. İkinci xətt isə inzibati tədbirlərdir. Biz inzibati tədbirləri hüquq-mühafizə orqanları ilə birgə həyata keçiririk. Hesab edirik ki, hər iki istiqamət üzrə mübarizə tədbirləri xurafatçılıqla da həyata keçirilməlidir. Hesab edirik ki, bu məsələlərdə bizə dini icmalarla yanaşı, mətbuat da yaxından kömək etməlidir".

Onun sözlərinə görə, əgər din pərdəsi altında qadın hüquqlarına təhdidlər, erkən nikahla bağlı problemlər varsa, eyni zamanda dünyəvi təhsilə qarşı kiçik qruplar tərəfindən də olsa, çıxışlar varsa, komitə bunları da xurafatla mübarizə çərçivəsində nəzərdə tutduğu məsələlərə aid edir: "Mirzə Fətəli Axundov, M.Ə.Sabir, Ə.Haqverdiyev, M.Ə.Rəsulzadə kimi maarifçi ziyalılarımız həmişə dinə qarşı deyil, xurafata qarşı mübarizə aparıblar. Təəssüf ki, bu gün həmin dövrlə müqayisədə ziyalılarımız xurafata qarşı daha zəif mübarizə aparırlar".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol