200 nəfərin zəhərləndiyi restoran müvəqqəti bağlanıldı

Gürcüstan Milli Ərzaq Agentliyi Marneulidə (Kvemo Kartli) kütləvi zəhərlənmə baş verən restoranın fəaliyyətini dayandırıb.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat veriblər.
Xatırladaq ki, Marneuli rayonunun əhalisinin 97%-ni azərbaycanlılar təşkil edən Sadıxlı kəndində keçirilən toy mərasimində 30-u uşaq olmaqla təxminən 200 nəfər zəhərlənib.
Gürcüstan Milli Ərzaq Agentliyinin məlumatına görə, restoran Samir Qaracayev adlı şəxsə məxsusdur. Restoranda aparılan yoxlama zamanı pozuntular aşkar edilib və bundan sonra S.Qaracayev cərimələnib, restoranın isə fəaliyyəti dayandırılıb.
İndi agentliyin mütəxəssisləri restoranında istifadə edilən məhsulların tədqiqatıyla məşğuldur.
Hazırda zəhərlənənlərin vəziyyəti sabitdir, onların əksəriyyəti müalicə kursunu evdə davam etdirir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























