• $
  • €
  • ₽
  • ₺
  • £

İtirdiyimiz Qubadlı - KÖŞƏ

İtirdiyimiz Qubadlı - KÖŞƏ
31.08.2016 12:30
Orxan Aslanlı

"Qubadlı – 23”, "Bu gün Qubadlının işğal günüdür”, "Qubadlının ən son görüntüləri”...  Hər il avqustun 31-də bu kimi xəbər başlıqları medianı "bəzəyir”. Səbəb Qubadlının 1993-cü il 31 avqustda işğal olmasıdır.

Özümüz özümüzü aldatsaq da, nədənsə toylarda sağlıq deyəndə, televiziyalarda rayon haqqında süjet izləyəndə daha çox vətən yada düşür. Bilmirsən, qınayasan, ya yox, amma 23 il eyni sözlərlə təsəlli tapan insanlar az deyil – "İnşallah, gələn il belə yeyib-içməyi Qubadlıda təşkil edərik” – sadəcə adama çox acı verir. Ümidlər bitir axı...  Baxmayaraq ki, məşhur deyim belədir: "Ümid ən sonda ölür”. Lakin bu ifadə torpaqlarını itirmiş adamların ümidləri nümunəsində heç də real görsənmir. Yəni bir insanın nə qədər şəxsiyyəti, yaxud özü təhqir edilər? Qəlbi sınmış insanların heysiyyatı ilə nə qədər oynamaq olar? Və ən əsası, bu sözlərə 23 illik verilmiş vədlərə nə qədər aldanmaq olar? Bu cavabı olmayan sualların sayı bitməz, tükənməzdir...

Bu ancaq gözdən pərdə asmaqdır – Aztv-nin 90-ci il süjetləri...

Bu ildə 23 ildə olduğu kimi təkrarlanan hadisələr eyni xətlə davam edəcək. Xəbər saytları qısa başlıqla Qubadlının işğalından 23 il keçir, AzTv-nin Qubadlı haqqında 90-ci illərdə hazırladığı video süjet və hər il 31 avqusta verilən "Atları yəhərləyin” filmi (Qaçaq Nəbi). Bu qədər. Guya biz bununla 23 il ərzində yoxluğuna alışdığımız Qubadlını yad etdik. Yox, əksinə, biz bununla yaramızın üzərinə duz tökdük. O qədər yada salmırıq ki, ildə tək bir gün Qubadlıdan bəhs edib niyə yaramızı daha da dərinləşdirək? Onsuz da bizə unutdururlar. Bu bir günlük gözdən pərdə asmaq xatirinə təşkil olunmuş süjetlərin mahiyyəti nədir? Bundan başqa sonra da deyirlər ki, gələcək nəsil işğal olumuş rayonları tanımır. Necə tanısın? Bu cür 1 saatlıq təbliğatla, yoxsa itirilən illərlə? 

Vallah, bu deyimlərlə biz özümüz aldadırıq. Və aldadılma prosesi bu ildə davam edəcək.

Problemin tək həlli müharibədir, belə deyənləri qınamıram, elə özüm də elə düşünürəm...

Hər bir kəsin azad öz düşüncəsi ola bilər. Ancaq mənim üçün Qarabağ probleminin tək həlli müharibə, müharibə, müharibədir. İtki hesabına olsa belə əldən verdiyimiz torpaqları geri ala bilərik. Xatırlayırsınızsa, aprel döyüşlərində xalq necə ayaqda idi. Qısa zaman içində işğal altında olan ərazilərin kiçik bir hissəsini geri almağımız xalqımıza sanki bütünlüklə qələbə sevinci yaşatdı. Hamının tək fikri döyüşə gedib torpaqları azad etmək idi. Daha 23 il sülh yolu ilə və ya danışıqlar yolu ilə rayonlar qaytarılmasına inanmırdılar. Həmin vaxtı ayaqda olan xalq öz gücünə torpaqlarımızın azad ediləcəyinə inanırdılar. Artıq xalq hansısa dövlətin tapşırığı ilə atəşkəs rejiminin bərpa olunmasını, sakitləşməyi istəmir. 

İtirdiklərimizi geri qaytarmaq ümidi ilə...

Qələbənin yaxında olduğunu deyə bilmərəm, ancaq aprel savaşı kimi daha bir hadisənin baş verəcəyi təqdirdə, işğal altında olan istənilən rayonun geri qaytarılacağına inanıram. Reallıq isə budur -acı da olsa qəbul etməliyik ki, müharibə olub və biz uduzmuşuq. Bu məğlubiyyət nəticəsində Qubadlı və digər rayonlar (Xocavənd, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan) itirilib. 

Rayonların işğalı ilə bağlı belə fikir də tez-tez səslənir: "Rayonlar ermənilərə satılıb”.  Amma mən buna inanmıram, biz rayonları satmamışıq, kiçik saylı ordu və azacıq könüllü hesabına olsa, belə məğlub olub itirmişik. 

İtirdiklərimizi geri qaytarmaq ümidi ilə...


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol