• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı alim Harvard Universitetinə dəvət aldı

Azərbaycanlı alim Harvard Universitetinə dəvət aldı
01.09.2016 13:24
Qərb Unviersitetinin professoru, siyasi elmlər doktoru Vəsilə Hacıyeva ABŞ-ın və dünyanın ən məşhur universitetlərindən olan Harvard Universitetinə dəvət alıb.

Oxu.Az xəbər verir ki, o, 2016-2017-ci tədris ilində universitetin Rusiya və Avrasiya Mərkəzində dəvətli alim kimi fəaliyyət göstərəcək. Həmyerlimizin tədqiqat mövzusu "Dəyişən regional-qlobal situasiya kontekstində ABŞ-ın Azərbaycan siyasəti”dir.

Qeyd edək ki, Harvard Universitetinin əsası 1636-cı ilin 8 sentyabrında qoyulub. Ali məktəbin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir. 

Təhsil ocağının adı ingilis xeyriyyəçisi Con Harvardın şərəfinə adlandırılıb. Övladları olmayan Harvard 1638-ci ildə ölümündən sonra öz mülkünün yarısını (779 funt) və kitabxanasının 400 kitabını yeni yaranmış təhsil müəssisəsinə vəsiyyət edib.

Universitetdə 9 fakültə fəaliyyət göstərir.

Harvard Universitetini dünya şöhrətli məzunları olub: ABŞ-ın 7 prezidenti (Con Adams, Con Kinsi Adams, Teodor və Franklin Delano Ruzvelt, Ruterford Heys, Con Fitsjerald Kennedi və kiçik Corc Buş), Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri xanım Qro Harlem Brutland, Avropa Komissiyasının keçmiş sədri və İtaliyanın keçmiş baş naziri Romano Prodi; Meksikanın hazırkı prezidenti Vinsent Foks və eks-prezidenti Karlos Salinas.

Bu universitetin məzunlarından biri də "Microsoft” şirkətinin yaradıcısı Bill Qeytsdir. O, Harvardın diplomunu universiteti 2 il oxuyub yarımçıq qoyduqdan düz 32 il sonra - 7 iyun 2007-ci ildə alıb. Bill Qeyts Harvard Universitetinə 1973-cü ildə daxil olub və 1975-ci ildə öz uşaqlıq dostu Pol Allenlə "Microsoft” şirkətini yaratmaq üçün təhsilini yarımçıq dayandırmalı olub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol