Leysan yağacaq

Sentyabrın 2-si Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.
Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 24-27° isti, Bakıda gecə 21-23° isti, gündüz 25-27° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30° isti, dağlarda gecə 13-17° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























