• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Yol Polisi: Bakıda piyadalarla bağlı vəziyyət narahatlıq doğurur

Dövlət Yol Polisi: Bakıda piyadalarla bağlı vəziyyət narahatlıq doğurur
01.09.2016 15:50
Bu gün Bakıda piyadalarla bağlı vəziyyət həqiqətən narahatlıq doğurur. İlin əvvəlindən bu günə qədər Bakı üzrə piyadavurma faktları ümumi hadisələrin 57%-ni təşkil edir.

ANN.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

"Biz doğrudan da piyadalarla bağlı problem yaşayırıq. Piyadaların məsuliyyətə cəlb edilməsində əməkdaşlarımız, demək olar, paytaxtın əksər yerlərində yeraltı və yürüstü piyada keçidlərində reydlər aparırlar. Bu günədək 90 minə yaxın piyada saxlanılıb. Bu, piyadalar arasında da nizam-intizamın olmaması deməkdir. Hesab edirəm ki, bu təkcə Dövlət Yol Polisindən deyil, piyada hərəkət iştirakçılarının özündən də asılıdır. Məsələn, evdə valideynlər, məktəbdə müəllimlər, küçədə bizim üzərimizə böyük məsuliyyət düşür”, - deyə V.Əsədov bildirib.

V.Əsədovun fikrincə, sürücülər yol polisi olmadan öz hərəkətlərini tənzimləməyi bacarmalıdırlar:

"Bu gün dayanma-durma ilə bağlı tərəfimizdən xeyli protokol tərtib olunub. Çünki hazırda "20 Yanvar”, "Şamaxinka” adlanan ərazi və digər yerlərdə yenə də çoxlu əməkdaşlarımız xidmət edir.

Deməli, bura paytaxtın şimal tərəfdən giriş qapısıdır. Burada gəlib-gedənlər üçün normal şərait yaradılmalıdır. Əgər avtomobil sürücüləri tərəfindən dayanma-durma tələbləri yerinə yetirilmirsə, yolun daralması, gediş-gəlişi çətinləşir. Yol polisi olmadan hər bir sürücü ən azı quraşdırılmış yol nişanlarının hərəkətinə düzgün riayət etməlidir. Çox vaxt çörəkpulu qazanıram deyə qadağan edilmiş ərazidə park edənlər unutmamalıdırlar ki, müəyyən olunmuş qaydalar var”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol