• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il ali məktəblərə rekord sayda məzun daxil olub

Bu il ali məktəblərə rekord sayda məzun daxil olub
01.09.2016 17:47
Bu il ali təhsil müəssisələrinə rekord sayda məzun (34770 nəfərə yaxın) daxil olub.

ANN.Az APA-ya istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu, balların aşağı salınmasının deyil, akademik göstəricilərin yaxşılaşması nəticəsində əldə edilib.

Onun sözlərinə görə, ali məktəblərə qəbul üzrə orta bal yüksəlib:

"Bir çox halda məktəblər qiymətləndirilərkən təhsil barədə cəmiyyətdə gedən diskussiyalarda, məqalələrdə, yazılarda 1-2 amil önə çəkilir. Bunlar hansı rayonun, məktəblərin məzunlarının buraxılış və qəbul imtahanlarında necə nəticələr əldə etməsidir. Bunlar həqiqətən mühüm nəticələr və obyektiv ölçülə bilən göstəricilərdir. Bu imtahanlar nəticəsində obyektiv şəkildə bir məktəbin məzunlarını digər məktəbin məzunları ilə müqayisə edə bilirik”.

Nazir əlavə edib ki, son illər bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində ciddi uğurlara nail olunub. Onun sözlərinə görə, əgər 2012-ci ildə 9-cu siniflərdə buraxılış imtahanlarında ölkə üzrə bütün şagirdlərin 50%-i (2 şagirddən biri) müsbət qiymət alırdısa, 2016-cı ilin nəticələrinə əsasən, bu rəqəm 69% olub.

M.Cabbarovun sözlərinə görə, bu dəyişiklik ildən-ilə artır və artım qəbul imtahanlarının nəticələrində də büruzə verir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol