• $
  • €
  • ₽
  • ₺
  • £

Evakuasiya xidmətləri nağdsız ödənişlərdən niyə imtina edir?

Evakuasiya xidmətləri nağdsız ödənişlərdən niyə imtina edir?
01.09.2016 18:35
Azərbaycanda evakuator xidmətlərini göstərən şirkətlər nağdsız ödənişlərdən imtina edir. Hər gün vətəndaşlara evakuasiya və yükdaşıma xidmətləri göstərən şirkətlər müştərilərdən xidmət haqqını yalnız nağd şəkildə tələb edir.

Bu gün ölkədə 156, 166, *3030, 189 və digər evakuasiya və yükdaşıma şirkətləri fəaliyyət göstərsə də, bu şirkətlərin heç biri xidmət haqqını plastik kartlarla, nağdsız şəkildə qəbul etmir. Səbəb kimi isə həmin şirkətlərdə POS-terminalların olmaması göstərilir.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Trend-ə açıqlamasında bildirib ki, həmin şirkətlər özəl xidmət sahələri olduğu üçün onların fəaliyyətinə hər hansı dövlət qurumu tərəfindən nəzarət həyata keçirilmir: "Evakuasiya və yükdaşıma xidməti sahibkarlıq fəaliyyətidir. Həmin şirkətlərdə xidmət haqlarının ödəniş forması onların özləri tərəfindən müəyyən edilir. Vergi qanunvericiliyinə görə, ictimai iaşə obyektləri və pərakəndə satış müəssisələrində ödənişlər artıq nağdsız formada həyata keçirilir. Amma evakuasiya xidmətlərinə görə nağdsız ödəniş sistemi tətbiq edilməyib. Əslində, nağdsız ödəniş formasının olması həmin şirkətlər üçün də müsbət haldır. Evakuatorun xidmətindən istifadə edən bir çox vətəndaş ödənişi nağd deyil, plastik kartla həyata keçirmək istəyir. Amma xidmət əməkdaşları bu ödəniş sistemindən imtina edirlər. Şirkət bununla həm də müştərisini itirir. Həmin şirkətlərdə nağdsız ödəniş sistemi tətbiq edilərsə, bu onlar üçün də rahat olar, müştəriləri də razı salarlar".

Ə.Hüseynov deyib ki, Azərbaycanda evakuasiya xidmətləri Vergilər Nazirliyinin nağdsız ödənişlərin həyata keçirilməsi ilə bağlı müəyyən edilmiş xidmətlər siyahısına daxil edilməyib: "Azərbaycan dövlətinin maliyyə siyasəti var və bu siyasətə əsasən ölkə üzrə bütün xidmətlər tədricən nağdsız ödənişə keçir. Evakuasiya xidmətlərinin də bu sistemə keçməsi müsbət hal olardı".

Məsələ ilə bağlı Vergilər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları"na əsasən evakuasiya xidmətini həyata keçirən şirkətlərdə POS-terminalların quraşdırılması məcburi deyil.

Sənədə görə, POS-terminallar quraşdırılacaq obyektlər siyahısına hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişindaşımanı həyata keçirən nəqliyyat vasitələri (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq) daxil edilsə də, evakuasiya və yukdaşıma xidmətləri bu siyahıda deyil. Buna görə də evakuasiya xidmətlərinə görə ödəniş üçün POS-terminalların quraşdırılması vacib hesab edilməyib. Lakin bu xidmətlərə görə ödəniş üçün POS-terminalların quraşdırılması qadağan da edilməyib. Yəni şirkət rəhbərliyi istədiyi halda bu sistemi tətbiq edə bilər.

Məsələ ilə bağlı bir neçə evakuasiya xidməti ilə əlaqə saxlasaq da, həmin xidməti həyata keçirən şirkətlər nağdsız ödəniş sistemindən nə üçün istifadə etmədiklərini izah edə bilməyiblər.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol