• $
  • €
  • ₽
  • ₺
  • £

Qubada təbii fəlakət baş verib, sel avtomobili aparıb

Qubada təbii fəlakət baş verib, sel avtomobili aparıb
02.09.2016 09:48
Güclü yağış Quba rayonunun 10-dan çox kəndinə ziyan vurub.

Bu barədə "Report”a Quba Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov məlumat verib.

O bildirb ki, Qubanın Qonaqkənd kəndində sel evlərə və həyətyanı sahələrə dolub: "Bundan başqa, sel rayonun Utuq kəndində "Niva” markalı avtomaşınla çayı keçən kənd sakinlərini maşın qarışıq aparıb. Sürücü və sərnişinlər maşından çıxsalar da, sel nəqliyyat vasitəsini aparıb”.

Komissiya sədri qeyd edib ki, Xaltan kəndində pay torpaqlarına və evlərə ziyan dəyib: "Sel Qubanın Qırmızı qəsəbəsində elektrik dirəklərini yuyub aparıb. Bəzi kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Qudyalçayın daşması nəticəsində 37-ci km-dən 39-cu km-ə qədər yolu su yuyub. Çayın üzərində olan körpünü sel tamamilə aparıb. Hazırda Qubanın Qrız, Cek, Əlig, Haput, Bostankeş və Xınalıq kədlərinə nəqliyyatla gediş-gəliş yoxdur. Hazırda həmin ərazidə texnika işləyir. Quba Azəravtoyol 6 saylı Yol İstismar İdarəsinin texnikaları və canlı qüvvəsi alternativ yol çəkilməsinə yardımçı olur.
 
Bundan əlavə, Bakı-Quba-Rusiya yolunun Vəlvələ kəndinin yaxınlığından keçən Vəlvələ çayının üzərindəki vəlvələ körpüsünün beton dirəklərini də sel yuyub. Hazırda Vəlvələ körpüsü qəzalı vəziyyədə düşüb. Körpünün üzərində nəqliyyat vaitələri keçən kimi körpü silkələnməyə başlayır”.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol