• $
  • €
  • ₽
  • ₺
  • £

Gənclər məhkəmə orqanlarında təcrübə keçəcək

Gənclər məhkəmə orqanlarında təcrübə keçəcək
02.09.2016 20:59
ASAN könüllüləri "ASAN School” könüllülük məktəbinin "Master 2” pilləsi çərçivəsində inzibati, biznes, sosial menecment istiqamətləri üzrə təcrübələrə cəlb olunurlar.

İnzibati menecment istiqaməti üzrə ASAN könüllüləri Azərbaycan Respublikasının Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən I instansiya məhkəmələrində təcrübə keçə biləcəklər. 

Dövlət qulluğu təcrübəsini dərindən öyrənmək, vətəndaş hüquq və azadlıqlarının təmin olunması prosesini yaxından mənimsəmək, peşəkar kadr ehtiyatını zənginləşdirmək məqsədilə könüllülər məhkəmə hakimiyyətinin təşkili sistemini, vətəndaşların qəbulu işinin təşkilini, dövlət qulluqçularının etik davranış qaydalarını real təcrübə vasitəsilə öyrənəcəklər.

Təcrübənin açılışı olaraq 31 avqust tarixində Ədliyyə Akademiyasında keçirilən görüşdə "ASAN School” könüllülük məktəbinin rəhbəri Cahangir Hacıyev və Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin əməkdaşı Leyla Zakirzadə tərəfindən ASAN könüllüləri təlimatlandırılmış, onları maraqlandıran suallar ətrafında müzakirə aparılmışdır. 

Rayon-şəhər və inzibati-iqtisadi məhkəmələrdə baş tutacaq təcrübə 2 ay müddətində davam edəcək. Qeyd edək ki, təcrübənin sonunda ASAN könüllüləri sertifikatlarla təltif olunacaqlar.



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol