• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyi işçi axtarır

Müdafiə Nazirliyi işçi axtarır
02.09.2016 13:13
Aprel hadisələrindən sonra Azərbaycan Ordusunun nüfuzunun artması, ölkə vətəndaşlarında ruh yüksəkliyi və döyüş əzminin yüksəlməsi Silahlı Qüvvələrdə hərbi xidmət keçmək arzusunda olan insanlardan çoxsaylı müraciətlərin daxil olmasına səbəb olub.

Oxu.Az xəbər verir ki, minlərlə müraciətləri nəzərə alaraq, Azərbaycan Müdafiə Nazirliyi tabeliyindəki hərbi hissələrdə şəxsi heyətlə iş üzrə bölük komandirinin müavini vəzifəsinə qəbul keçirilməsini qərara alıb.

Hərbi xidmətə qəbul olmaq üçün ali təhsil müəssisələrinin humanitar fakültələrini (filologiya, pedaqoqika, tarix, coğrafiya, sosiologiya, psixologiya, politologiya, jurnalistika və s.) bitirmiş, müddətli həqiqi hərbi xidmət keçmiş, 28 yaşı tamam olmayan, fiziki cəhətdən sağlam və kişi cinsindən olan Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.

Zabit kimi əvvəllər Silahlı Qüvvələrdə xidmət etmiş, humanitar ali təhsilli (28 yaşı tamam olmayan) ehtiyatda olan hərbi qulluqçular da qəbul ilə bağlı müraciət edə bilərlər.

Namizədlər söhbətləşmə və ixtisas seçimindən, sənədlərin toplanıb təqdim olunmasından, Müdafiə Nazirliyinin hərbi həkim komissiyasında yoxlamadan keçdikdən sonra müvafiq kurslara qəbul olunacaqlar. Kursu müvəffəqiyyətlə bitirənlər müvafiq vəzifələrə təyin ediləcəklər.

Bağlaşma (müqavilə) yolu ilə xidmət etmək üçün minimal xidmət müddəti 1 il 6 aydır. Həmin müddətdən sonra Silahlı Qüvvələrdə xidmətini davam etdirmək arzusunda olanlar kadr zabitləri heyətinə keçirilə bilərlər. Xidmət dövründə həmin şəxslər Silahlı Qüvvələrin hərbi qulluqçularına şamil olunan bütün imtiyazlardan istifadə hüququna malik olacaqlar.

Namizədlər 2016-cı ilin sentyabrın 5-dən oktyabrın 15-dək Silahlı Qüvvələrin Təlim və Təlim Mərkəzinə müraciət edə bilərlər.

Təqdim olunan sənədlərin siyahısı:

- tərcümeyi-hal;

- təhsil haqqında sənədin surəti;

- doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsinin surəti;

- ehtiyatda olan zabitin şəxsiyyət vəsiqəsi və ya hərbi biletin surəti;

- ASAN xidmətdən məhkumluğun olub-olmaması barədə arayış;

- sağlamlıq (psixonevroloji, narkoloji, vərəm, dəri-zöhrəvi dispanserlərdən qeydiyyatda olub-olmaması) haqqında tibbi arayışlar;

- 2 ədəd 3x4 sm və 2 ədəd 9x12 sm ölçülərində fotoşəkil (başıaçıq, anfas).

Qeyd edək ki, qəbul zamanı pedoqoji stajı, elmi dərəcəsi və dövlət mükafatı olanlara üstünlük veriləcək.

Məhkumluğu olan, əvvəllər hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılanların müraciət etməmələri xahiş olunur.

Əlaqə üçün telefon nömrələri: (012) 538-85-62 / (012) 538-61-31.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol