• $
  • €
  • ₽
  • ₺
  • £

TQDK-nın test tapşırıqlarını qanunsuz yayan şəxs cəzalandırıldı

TQDK-nın test tapşırıqlarını qanunsuz yayan şəxs cəzalandırıldı
05.09.2016 14:16
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) imtahanlarda istifadə olunmuş test tapşırıqlarını və müxtəlif nəşrlərini qeyri-qanuni yollarla yayımlayanlara qarşı mübarizə davam etdirilir.

TQDK-dan Oxu.Az-a verilən məlumata görə, qurumun keçirdiyi imtahanlarda istifadə olunmuş test tapşırıqlarının, o cümlədən müxtəlif nəşrlərin, test kitabları, dərs vəsaitləri və "Abituriyent” jurnalının ayrı-ayrı saylarının qeyri-qanuni yolla yayımlanması qadağandır.

Bildirilib ki, bu il martın 6-da ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilmiş qəbul imtahanından sonra imtahan sualları Şərifov Rəşadət Rəşid oğlu tərəfindən qanunsuz olaraq kütləvi informasiya vasitələrində yayılıb. 

O, həmçinin ideya müəllifi olduğu internet saytında və "Facebook” sosial şəbəkəsində təsisçisi olduğu qrupda əvvəlki illərdə keçirilən magistraturaya qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının da yayılmasına yol verib.

Qeyd olunanlarla əlaqədar TQDK və "Abituriyent” jurnalının redaksiyası R.Şərifova qarşı "pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə və işgüzar nüfuza vurulmuş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edib. 

Yekunda Zərdab Rayon Məhkəməsinin iclasında Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq qəbul etdiyi 2(035)-570/2016 saylı qətnamədə iddiaçılar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və "Abituriyent” jurnalı redaksiyasına məxsus testlərin və məlumatların sosial şəbəkədə və müxtəlif saytlarda yayılması R.Şərifova qadağan edilməsi, iddiaçı TQDK-nın müəllif hüquqlarının pozulmasına və işgüzar nüfuzuna dəymiş zərərə görə cavabdehdən 2500 (iki min beş yüz) manat məbləğində pul tutularaq komissiyaya ödənilməsi, "Abituriyent” jurnalı redaksiyasının müəllif hüquqlarının pozulmasına görə dəymiş zərərə görə cavabdehdən 2500 (iki min beş yüz) manat məbləğində pul tutularaq "Abituriyent” jurnalı Redaksiyasına ödənilməsi, məhkəmə qətnaməsinin cavabdehin ideya müəllifi olduğu internet saytında və "Facebook” sosial şəbəkəsində təsisçisi olduğu qrupda yerləşdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması və s. müddəalar öz əksini tapıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol