Azərbaycanda “zibillik”dən qədim əşya tapıldı

Tərtər rayonunda yaşı iki əsr əvvələ aid olan qədim kilim tapılıb.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Gündüz Mürsəlovun Report-a verdiyi məlumata görə, kilim yerli sakin Aybəniz Məmmədova tərəfindən Ədalət Paşayev küçəsindəki məişət tullantıları toplanan ərazidən tapılıb.
Araşdırma zamanı məlum olub ki, həmin kilim XVIII əsrə aiddir. Onun uzunluğu 4, eni isə 1,50 metrə yaxındır.
İki yüz ilə yaxın yaşı olan kilim Tarixşünaslıq muzeyinə təhvil verilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























