• $
  • €
  • ₽
  • ₺
  • £

Təcili tibbi yardım pullu olacaq

Təcili tibbi yardım pullu olacaq
06.09.2016 12:27
Təcili tibbi yardımın keyfiyyətini artırmaq məqsədilə vahid elektron sistem yaradılacaq.

ANN.Az Fins.Az-a istinadən xəbər verir ki, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, aktiv naviqasiya sistemin formalaşması ilə bağlı proqram hazırlanıb.

Sənədə əsasən, hər bir vətəndaş üçün ayrıca elektron səhiyyə kartı yaradılacaq. Karta müraciət edən şəxsin həmin an yerləşdiyi məkan dəqiq göstəriləcək. Bu da əlavə suallara yer qoymur.

Sistemdə eyni zamanda pasiyentin təcili yardıma müraciət edənədək həkimlə təmasları, xəstəlikləri, şikayətləri, müalicə üsulları və digər informasiyalar toplanacaq. Həmin məlumatlar, əsasən, poliklinikalardan alınacaq. Məlumatlardan dərhal yararlanmaq üçün həkimlərə planşetlər veriləcək. Yeni naviqasiya sistemi həm də həkimlərin işinə nəzarət etməyə imkan verəcək.

Həkim yolda olanda sizi tanıyacaq

R.Nağıyevin sözlərinə görə, yardım almaq üçün təcili tibbi yardım stansiyasına zəng edən şəxsin elektron sistemdəki məlumatları dərhal həkimin planşetinə ötürüləcək. "Həmin informasiyalar əsasında artıq həkim, hətta yolda olarkən xəstə ilə bağlı qərar qəbul edə biləcək. Bu, vaxt itkisinin qarşını almağa və keyfiyyətli təcili tibbi yardım göstərməyə imkan verəcək”.

Baş həkim bildirib ki, yeni naviqasiya sistemini işə salmaq üçün Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət olunub. Bununla bağlı xüsusi razılıq alındıqdan sonra sistem qurulmağa başlayacaq. Yeni elektron sistem icbari tibbi sığortanın tətbiqini də asanlaşdıracaq.

Belə ki, həmin baza məlumatları əsasında Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləsi olacaq. Təcili Tibbi Yardım stansiyalarından göstərdikləri xidmətlər barədə bu proqram vasitəsilə Agentliyə məlumat veriləcək. Nəticədə göstərilən tibbi xidmətlər təhlil olunacaq və həmin məlumatlar əsasında tibbi xidmət təchizatçılarına ödənişlər ediləcək.

Təcili Tibbi yardım ödənişli olacaq

R.Nağıyev yeni sistemin işə düşməsi ilə əsassız müraciətlərin azalacağına ümid edir. "Gün ərzində təcili yardıma 2 minə yaxın müraciət daxil olur. Onların ancaq 40 faizi bizə aiddir. 60 faiz hallarda isə pasiyentlərə təcili yardım deyil, ətraflı müayinə lazım olduğu üzə çıxır. Onlar əslində polikliniya və xəstəxanalara müraciət etməlidirlər. Amma bizə zəng edirlər. Bu da əlavə vaxt və vəsait itkisinə səbəb olur”.

Bunun qarşısını almaq üçün baş həkim təcili yardıma aid olmayan çağırışların pullu olacağını deyir: "İndi bir nəfərə təcili tibbi yardımın göstərilməsi 100-140 manata başa gəlir. Ona görə də hesab edirik ki, bizə aid olmayan çağırışlara görə pasiyentlər pul ödəməlidir”.

Elektron sağlamlıq kartlarının bəxti açılır

Yeni naviqasiya sisteminin və icbari tibbi sığortanın fəaliyyətə başlaması ilə elektron sağlamlıq kartlarının işə düşməsi də gözlənilir. 2007-ci ildən əsasən, yenidoğulan uşaqlara və 2000-ci illərdə doğulanlara verilən elektron kartlar indiyədək istifadə olunmayıb.

Səhiyyə Nazirliyindən bildiriblər ki, indiyə qədər təxminən 1 milyon 200 min ədəd kart paylanılıb. Ancaq onlardan nə qədərinin real olaraq istifadə olunması barədə suala cavab verilməyib.

Təcrübə göstərir ki, kifayət qədər dövlət vəsaiti sərf edilən həmin kartlar istifadəsiz qalıb. Halbuki, sağlamlıq kartlarını elektron hökumət portalı vasitəsilə oradakı məlumatları istənilən səhiyyə müəssisəsindən əldə etmək olar. Kartda vətəndaşın şəxsi, tibbi müayinə, müalicə, peyvənd, qəbul etdiyi dərmanlar və s. barədə məlumatlar toplanıb. Gələcəkdə isə sığorta məlumatlarının da oraya daxil edilməsi nəzərdə tutulur. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol