• $
  • €
  • ₽
  • ₺
  • £

Coğrafiya İnstitutu: Sürüşmə artacaq

Coğrafiya İnstitutu: Sürüşmə artacaq
06.09.2016 15:10
Yaxın günlərdə havaların yağıntılı keçəcəyinin proqnozlaşdırılması ilə əlaqədar bəzi sürüşmə ərazilərinin fəallaşacağı gözlənilir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

O qeyd edib ki, son günlər ərzində havanın yağıntılı keçməsi və yaxın 1 həftə ərzində də havanın yağıntılı keçəcəyinin gözlənilməsi yalnız çaylarla bağlı deyil, həm də sürüşmə əraziləri ilə bağlı problemin yaranmasına - ərazilərin fəallaşmasına gətirib çıxara bilər.

Hazırda ölkə ərazisindəki sürüşmə sahələrində nisbi fəallaşmanın olduğunu deyən E.Əlizadə bildirib ki, amma 1 həftə ərzində yağıntılar davam edərsə, problemin kəskinləşəcəyini gözləmək olar.

İnstitutun direktor müavinin sözlərinə görə, sürüşmə ərazilərinin fəallaşması Böyük Qafqazın cənub-şərq yamacında, xüsusilə İsmayıllı, Şamaxı zonasında və Böyük Qafqazın şimal-şərq yamacında - Şabran, Xızı, Siyəzən, Quba zonasında, qismən isə Qusarda, eyni zamanda Lənkəran zonasında gözlənilir:

"Hazırda nisbi fəallaşma var. Amma onu hələ ki, biz hiss edirik, oradakı sakinlər hiss etmir. Bu 1 həftə ərzində də rütubətli hava davam edərsə, orada fəallaşmanı gözləmək olar. Bakı-Şamaxı-İsmayıllı yolunda, Bakı-Şamaxı-Ağsu yolunda, eyni zamanda Gədəbəy-Daşkəsən zonasında, xüsusilə Gədəbəydəki sürüşmə sahələrində fəallaşma gözləmək olar”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol