Dövlət qeydiyyatı ləğv olunan QHT-lərin sayı açıqlandı

İndiyə kimi Azərbaycan Ədliyyə Nazirliyində 4278 qeyri-kommersiya təşkilatı dövlət qeydiyyatına alınıb ki, onlardan 3095-i qeyri-hökumət təşkilatıdır.
Bu barədə Report-un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi Səbinə Salmanova bildirib.
S.Salmanova qeyd edib ki, nazirlik bu ilin ötən müddəti ərzində 6 qeyri-hökumət təşkilatının (QHT) ləğv olunması barədə qərar qəbul edib:
"Belə ki, həmin QHT-lərin müraciətlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq, Ədliyyə Nazirliyi onları dövlət reyestrindən çıxarıb”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























