Leysana görə bu kəndlə əlaqə kəsildi - ŞAMAXIDA

Ötən gün axşam saatlarında Şamaxıya yağan güclü leysan yağışları fəsadlar törədib.
ANN.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, rayonun Dəmirçi kəndinin ərazisindən keçən Pirsaat çayında, suyun səviyyəsi artıb, nəticədə su öz məcrasından çıxıb kəndi rayon mərkəzi ilə biləşdirən yolu bağlayıb.
Sel kənddə bir neçə işıq dirəyini aşırıb. Nəticədə kəndə elektrik enerjisinin verilməsində problem yaranıb. Yollarda torpaq sürüşmələri baş verib.
Hazırda selin vurdugu zərərin araşdırılması istiqamətində işlər görülür.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























