• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda meyitdən orqan köçürülməsi ilə bağlı müzakirələrə başlanıldı

Azərbaycanda meyitdən orqan köçürülməsi ilə bağlı müzakirələrə başlanıldı
07.09.2016 19:05
Artıq meyitdən insana orqan köçürülməsi məsələsi ilə bağlı Səhiyyə Nazirliyi və Nazirlər Kabinetində müzakirələr aparılır.

Trend-in məlumatına görə, bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın Hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

F.Babayev bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da böyrəkköçürmə əməliyyatları yalnız ilk mərhələdə qohum böyrəyinin köçürülməsi ilə həyata keçirilir. Çox sayda insanların isə böyrək nəqli əməliyyatına ehtiyacı var: "Ona görə də artıq bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi və Nazirlər Kabineti tərəfindən müzakirələr aparılır ki, meyitlərdən orqanların köçürülməsinə təkan verilsin”.

F.Babayev deyib ki, Azərbaycanda böyrək xəstəliklərinə daha çox Gəncə, Şəmkir, Ağstafa, Tovuz rayonlarında və şimal zonasında rast gəlinir.
F.Babayevin sözlərinə görə, uşaqlarda əksər hallarda böyrək çatışmazlığı irsi böyrək xəstəliklərindən dolayı baş verə bilir: "Amma sonradan da hər hansı bir xəstəlik böyrək çatışmazlığı ilə fəsadlaşa bilər. Son vaxtlar şəkərli diabet və ürək xəstəlikləri də böyrək çatışmazlığı ilə fəsadlaşa bilər. Ona görə bu xəstəliklərin sayı ümumi xəstəlik populyasiyası ilə daha çox rast gəlinir. Anadangəlmə böyrək xəstəlikləri irsi böyrək xəstəlikləridir. Bu da ümumi böyrək xəstəliklərinin sayının artmasına səbəb olan faktorlardan biridir".

F.Babayev əlavə edib ki, insanlarda soyuqdəymə, qaraciyər xəstəlikləri, qan dövranının pozulması hesabına da böyrək xəstəliklərinin yaranması ehtimalı böyükdür: "Böyrək xəstəlikləri ilə fəsadlaşan xəstələrin sayı 10 minə yaxındır. Onların da 3100 nəfəri böyrək çatışmazlığı diaqnozu ilə hemodializ seanslarına cəlb olunub.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol