• $
  • €
  • ₽
  • ₺
  • £

30 min şagird məktəbə gedə bilməyəcək? - NAZİRLİKDƏN AÇIQLAMA

30 min şagird məktəbə gedə bilməyəcək? - NAZİRLİKDƏN AÇIQLAMA
07.09.2016 16:05
Bu yaxınlarda təhsil eksperti Nadir İsrafilov "Sputnik” Beynəlxalq Mətbuat Mərkəzində Təhsil Nazirliyinə istinad edərək qeyd edib ki, bu il 30 min şagird ümumi təhsil müəssisələrinə gedə bilməyəcək.
 
Təhsil Nazirliyinin məsələ ilə bağlı yaydığı açıqlama ilə N. İsrafilovun bu fikri təkzib olunub və yalan informasiya olduğu deyilib.
 
Açıqlamada deyilir ki, Təhsil Nazirliyi adından heç vaxt belə bir rəqəm səslənməyib: "Təhsil Nazirliyinin rəsmiləri müxtəlif tədbirlərdə ölkənin müsbət demoqrafiyasını qeyd  edərək, hər il birinci sinfə gedən uşaqların sayının artdığını bildiriblər. Məsələn, bu il ümumi təhsil müəssisələrinin I sinfinə 164 mindən çox şagird gedəcək. Ötən tədris ilində isə 156 877 nəfər şagird qəbul olunub ki, buradan da müsbət demoqrafiya aydın görünür". 
 
Təhsil ekspertinin qəbul imtahanlarında balların aşağı düşməsi fərziyyəsinə isə Nazirlik tərəfindən cavab olaraq TQDK-nın aşağıda təqdim olunan statistikası qeyd olunub:
 
"2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir.  Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı rekord sayda - 34 385 nəfər (43,8%) təşkil edib ki, bu da ötənilki göstəricidən 3,8%, 2014-ci ildəki göstəricidən 9,1% artıqdır. 2015-ci ildə 200-dən yuxarı bal toplayanların sayı 33 198 nəfər (40%), 2014-cü ildə isə 32 159 nəfər (34,7%) təşkil edib".


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol