• $
  • €
  • ₽
  • ₺
  • £

Saxta əmtəə nişanı adı altında yuyucu vasitələr istehsal edən sex aşkar edildi

Saxta əmtəə nişanı adı altında yuyucu vasitələr istehsal edən sex aşkar edildi
07.09.2016 18:02
Vergilər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində aparılan vergi nəzarəti tədbirləri zamanı vergi qanunvericiliyinin tələblərini pozmaqla saxta əmtəə nişanlı yuyucu vasitələrinin istehsalı ilə məşğul olan sex aşkar edilib.

Vergilər Nazirliyindən ANN.Az-a verilən məlumata görə, tədbir zamanı fiziki şəxs Abdullayev Elməddin Fazil oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən obyektində "FRESH” və "ONEX” adlı əmtəə nişanı adı altında mənşəyi bilinməyən kimyəvi yuyucu məhsullar hazırlayıb qablaşdıraraq, müxtəlif ticarət obyektlərinə daşınması və satışa çıxarılması, eləcə də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 5 nəfər fiziki şəxslə hüquqi qüvvəyə minmiş əmək müqaviləsinin (kontraktı) bağlanmadığı müəyyən edilib. Vergi ödəyicisinin anbarından ümumi satış qiyməti 2784 manat olan 0,5, 1 və 4 litrlik qablarda 6416 ədəd yuyucu məhsul aşkarlanıb.

Əmək müqaviləsi bağlamadan işçiləri işə cəlb etdiyinə görə vergi ödəyicisi barəsində müvafiq akt tərtib edilib və "qara mühasibatlıq” sənədləri götürülüb.

Araşdırma zamanı Elməddin Abdullayevin vergi ödəyicisi kimi 09.12.2013-cü il tarixdə qeydiyyatdan keçdiyi, lakin fəaliyyət göstərdiyi istehsal sexini təsərrüfat subyekti kimi qeydiyyatdan keçirilmədiyi müəyyən olunub. 

Vergilər Nazirliyi xəbərdarlıq edir ki, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulmuş ən sərt tədbirlər görüləcəkdir.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol