"İqtisad Universitetinə "şortiklə" daxil olmaq qadağandır" - Açıqlama

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Hacı Zeynallı Qaynarinfo.Az-a şikayət məktubu göndərib.
Tələbə şikayətində deyir ki, universitetə "şortiklə" daxil olan zaman mühafizəçilər ona mane olub, heç bir səbəb gətirmədən onu universitetə buraxmayıblar.
Tələbə Hacı Zeynallı bildirir ki, ADA Universitetində bu problem yoxdur. Belə olduqda tələbələr arasında ayrıseçkilik sayılır.
Məsələ ilə bağlı adı Qaynarinfo.Az adı çəkilən universitetin Marketinq və Kommunikasıya Departamentinin baş mütəxəssisi Vüsalə Məmmədova ilə əlaqə saxlayıb.
Vüsalə Məmmədli bildirildi ki, universitetə artıq bir neçə ildir ki, şortiklə daxil olmaq qadağandır: "Universitetin daxili intizam qaydalarına əsasən bir neçə ildir ki, tələbələrin geyimlərinə nəzarət olunur. Bundan başqa, universitetdə təhsil alan hər bir tələbə bununla bağlı məlumatlandırılır. Əcənəbi tələbələrlə isə indiydək belə problem yaşanmayıb".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























