• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda polis əməkdaşlarını vuran şəxs hadisə yerindən qaçdı

Bakıda polis əməkdaşlarını vuran şəxs hadisə yerindən qaçdı
07.09.2016 17:04
Baş Dövlət Yol Polisi İdarəsi Bakıda iki yük və bir minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvarı qəza zamanı Fövqəladə Hallar Nazirliyinin 6 əməkdaşının avtomobillə vurulması xəbərinə dair məlumat yayıb.

İdarədən "Report”a verilən məlumata görə, Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində şəhər istiqamətində hərəkətdə olan və Cəmil Cabbarovun idarə etdiyi qumla dolu "Mercedes” markalı yük maşını yol kənarında dayanan mişar daşı ilə yüklü "Kamaz”a arxadan çırpılıb. Qəza zamanı yük avtomobilinin kabinə hissəsi deformasiyaya uğrayıb. Sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xilasedicilər xüsusi alətlərin köməyi ilə sürücünü avtomobildən çıxara biliblər. Xilasetmə əməliyyatının sonunda dairəvi yolla yüksək sürətlə hərəkətdə olan və İslam Manafovun idarə etdiyi "Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza yerində olan 5 nəfəri vurub. Yaralılar xəstəxanaya çatdırılıblar. Yaralılardan yalnız 28 yaşlı Vüsal Şabanov FHN-in əməkdaşıdır. Bundan əlavə, qəza nəticəsində iki polis əməkdaşı da xəsarət alıb. Bunlar Fikrət Rüstəmov və Xətai Məmmədovdur. Hadisə yerində olan Bakı şəhər sakinləri 58 yaşlı Ramiz Şüvərxanov və 46 yaşlı Ziyəddin Yəhyayev isə qəzaya baxmaq üçün yolun hərəkət hissəsində dayandıqları üçün onları da maşın vurub. Hazırda yaralıların vəziyyəti stabildir.

Faktla əlaqədar araşdırmalara başlanılıb. "Opel"in sürücüsü İslam Manafovu hadisədən sonra maşından düşərək özünü pis hiss etdiyini bildirib və kənara çəkilib. Az sonra isə onun hadisə yerindən qaçdığı məlum olub. Hazırda onun şübhəli şəxs qismində saxlanılması istiqamətində tədbirlər görülür.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol