Təcili yardım ödənişli olacaq? - RƏSMİ AÇIQLAMA

Təciyi yardımların ödənişli olması bu gün Səhiyyə Nazirliyi qarşısında dayanan məsələ deyil, ancaq hərdən təcili yardıma aid olmayan çağırışlar edilir.
Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Nazir müavini bildirib ki, bu cür çağırışlar dövlətə maliyyə vəsaitinə başa gəlir: "Kimisi təzyiqini və yaxud da temperaturunu ölçdürmək üçün təcili yardım çağırır. Bu, doğru deyil. Ancaq təcili yardımın ödənişli olması Səhiyyə Nazirliyi qarşısında dayanan məsələ deyil, dövlət səhiyyə xidməti pulsuzdur".
Nazir müavini bildirib ki, tibbi sığortaya keçiddən sonra tibb müəssisələrinin, təcili yardımın da hardasa müəyyən hissəsinin gələcəkdə pullu olması mümkün ola bilər, ancaq bu, bu günün mövsuzu deyil.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























