• $
  • €
  • ₽
  • ₺
  • £

"Rüşvətə qarşı barışmaz adamam..." - "Qafqaz"ın yeni rektoru

"Rüşvətə qarşı barışmaz adamam..." - "Qafqaz"ın yeni rektoru
08.09.2016 18:25
Qafqaz Universitetinin yeni rektoru Havar Məmmədov təyinatından danışıb.

ANN.Az xəbər verir ki, gununsesi.info saytına açıqlama verən rektor təyinatının Azərbaycan Beynəlxalq Tədris Mərkəzi tərəfindən olduğunu qeyd edib: 

"Qafqaz Universiteti özəl ali təhsil müəssisəsidir, mən də bura universitetin təsisçiləri tərəfindən təyinat almışam”.

H.Məmmədov sosial şəbəkələrdə Qafqaz Universitetində rüşvətxorluq hallarının artacağı ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib: "Mən özüm rüşvətə qarşı barışmaz adamam, heç vaxt Qafqaz Universitetində belə bir hal ola bilməz. Qafqaz Universiteti əvvəlkindən daha yaxşı, daha uğurlu fəaliyyət göstərəcək, çox ciddi islahatlar aparılacaq, yeniliklərimiz olacaq. Siz özünüz də bunun şahidi olacaqsınız. Heç kəs burada hansısa rüşvətxorluq hallarının olması barədə düşünə bilməz”.

Qeyd edək ki, Havar Məmmədov bundan əvvəl Texniki Universitetin rektoru olub.

Xatırladaq ki, iyulun 20-də Qafqaz Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib. Daha sonra isə universitetin rektoru Ahmet Saniç tələbə və müəllim heyəti ilə son görüşünü keçirərək Türkiyəyə qayıdıb.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol