• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əhalinin sosial problemləri öyrəniləcək

Azərbaycanda əhalinin sosial problemləri öyrəniləcək
08.09.2016 21:26
Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycanda əhalinin siyahıya alınmasının keçirilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, əhalinin növbəti siyahıya alınması 2019-cu il 1-10 oktyabr tarixlərində keçiriləcək.

Əhalinin siyahıya alınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib.

Nazirlər Kabinetinə 2019-cu ildə əhalinin siyahıya alınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etmək, fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Oxu.Az bu fərmanın hansı zərurətdən imzalanmasını sosioloq Əhməd Qəşəmoğlu ilə birlikdə araşdırıb:

"İstənilən vaxtda, istənilən dövlətdə əhalinin siyahıya alınması hər zaman vacib məsələrdən biri sayılıb, yəni bütün inkişaf etmiş ölkələrdə belə bir təcrübə olub”. 

Onun sözlərinə görə, əhalinin siyahıya alınması bir sıra sosial problemlər ilə bağlı vəziyyətin öyrənilməsinə imkan verəcək:

"Bilirsiz ki, əhali siyahıya alınanda təkcə ad, soyad, yaş ilə bağlı deyil, sosial vəziyyətlə bağlı da suallar verilir. Bu əhalinin neçə faizinin ölkə və ölkədən kənarda olduğunu dəqiqləşdirməyə də imkan verir. Bununla da əhali ilə bağlı geniş bir məlumat əldə edilir”.

Mütəxəssis qeyd edib ki, əhalinin siyahıya alınması 2019-cu ildə keçirilməsi nəzərdə tutulduğundan ilin xüsusiyyətlərindən asılı olaraq bir neçə dəfə mütəxəssislər tərəfindən sorğuya salınan suallar artırıla və ya azaldıla bilər.

Eskpert əlavə edib ki, əhalinin siyahıya alınması Azərbaycan üçün prioritet sayılan İcbari Tibbi Sığortanın inkişafı baxımından da əhəmiyyətli olacaq:

"Düşünürəm ki, İcbari Tibbi Sığorta ilə bağlı məsələləri 2019-cu ilə qədər həll etməliyik, çünki sığortanın bu növü dünyanın hər yerində geniş yayılmış və mühüm məsələlərdən biridir. Bu əhalinin sosial müdafiəsi baxımından da ən vacib tədbirlərdən biri sayılır.

Hətta belə bir tendensiya var ki, hər hansı ölkədə icbari tibbi sığortanın olmaması ölkə üçün mənfi xüsusiyyət kimi qəbul edilir. Gözləyirik ki, bu məsələlər də həllini tapacaq və sahədə də ciddi addımlar atılacaq”.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycanda əhalinin siyahıya alınması 2009-cu ildə baş tutub. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol