• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülük vəsiqələri bu qaydalarla veriləcək - YENİLİK

Sürücülük vəsiqələri bu qaydalarla veriləcək - YENİLİK
08.09.2016 16:38
Azərbaycanda "CE”, "D”, "DE” kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi qaydaları dəyişdirilir.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında” qanunun 33-cü maddəsinə əlavə və dəyişikliklər edilir.

Qanunun 33-cü maddəsinə təklif olunan dəyişiklik müzakirə edilib. Layihəyə əsasən, "BE” kateqoriyasına aid nəqliyyat vasitələrinin idarəetmə hüququ 19 yaşdan hesablanmaq şərti ilə yanaşı, "B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübənin 1 ildən az olmamaq şərti ilə də götürüləcək.

"CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda da 21 yaşdan yuxarı şərt ilə yanaşı, "C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübənin 3 ildən az olmamaq şərti də əlavə edilir. Bundan başqa "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda 23 yaşdan qəbul edilən şərt ilə yanaşı, 65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 5 ildən az olmamaq şərti də əsas götürüləcək.

Digər əlavəyə görə isə "DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda 26 yaşdan hesablanan şərt ilə paralel olaraq, 65 yaşadək və "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərti də qaydaya daxil ediləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol