• $
  • €
  • ₽
  • ₺
  • £

Orijinal məktəbli formasını saxtasından necə ayırd etməli?

Orijinal məktəbli formasını saxtasından necə ayırd etməli?
29.05.2020 02:03
Yeni tədris ilinin başlamasına artıq sayılı günlər qalıb. Valideynlərin əksəriyyəti məktəb alış-verişini yekunlaşdırsa da, müəyyən məqamlar var ki, onları düşündürür. Bu məqamlardan biri məktəbli formaları ilə bağlıdır.

Satışda üzərində Bakı Tikiş Evinin (BTE) və Bakı Tikiş Fabrikinin (BTF) emblemləri olan məktəbli formaları var. Bundan əlavə, məktəbli formalarının qiymətində də fərqin olması valideynlərdə çaşqınlıq yaradıb. Onlar hansı məktəbli formasının orijinal olduğunu, BTE, yoxsa BTF tikdiyi məktəbli formalarının keçərli olduğunu bilmirlər. Baş çəkdiyimiz bir neçə mağazada həm BTF, həm də BTE emblemi vurulmuş məktəbli formalarına rast gəldik. Satıcılardan bunun hansının əsas olduğunu soruşduqda "ikisi də eynidir" cavabını aldıq. Valideynlər isə bəzən aldıqları məktəbli formasını məktəbdə qəbul edilmədiyini deyirdilər.

Afaq Quliyeva adlı valideyn keçən il BTF emblemi olan məktəbli formasını aldığını ancaq məktəbdən həmin formanı geyinməyə icazə verilmədiyini dedi: "Keçən il dedilər ki, yalnız BTE yazılan məktəbli forması olmalıdır. İki dəfə xərcə düşdüm. İndi də BTE-yə məxsus məktəbli formaları bir-birindən çox fərqlənir. Biri nazik solğun rənglidir, biri də yüksək keyfiyyətli. Hansını seçək, bilmirəm".

Biz də bu məsələyə aydınlıq gətirmək üçün Bakı Tikiş Evinin satış sektorunun şöbə rəisi Etibar Əzimova müraciət etdik. E.Əzimov əsl məktəbli formasının BTE emblemi olan məktəbli forması olduğunu dedi: "Bakı Tikiş Evinin emblemi vurulmuş saxta məktəbli formaları da var. BTE-nin adından Çindən saxta geyimlər gətirilir. BTE-yə müəlliflik hüququ verilib. 4 model məktəbli forması - 1-6 və 7-11-ci siniflər üçün nəzərdə tutulan məktəbli formaları modellərinin istehsalı üçün bizim müəlliflik hüququmuz var. Amma kimlərsə gedib bu məktəbli formalarının Çin oxşarını gətirib üzərinə BTE, ya da BTF-nin emblemini vurur. BTF-nin Bakı Tikiş Evinə aidiyyəti yoxdur. Bu başqa fabrikdir. Bizim mallarımız ancaq bizə məxsus mağazalarda satılır. Bakıda BTE-yə məxsus 14 mağaza var. Biz ancaq oradan alınan mallara  zəmanət veririk. Bu paltarları şagirdlər minimum 2 il geyinə bilər. Təəssüflər olsun ki, saxta paltarlarla camaatı çaş-baş salır, ölkəyə saxta paltarlar gətirib dükan və yarmarkalarda satırlar. Bizim qaynar xətt telefonumuz var - 5974539. Hər kəs bu qaynar xətt telefonuna zəng edib əsl məktəbli formalarını haradan əldə edə biləcəyini öyrənə bilər. Biz bu formaların həm keyfiyyətinə, həm də uyğunluğuna zəmanət veririk. Amma başqa yerdən alınan məktəbli formalarına qarantiya vermirik. Banditizmə qarşı mübarizə adlı bir təşkilat var. O, zirzəmidə bu cür məktəbli formaları tikib üzərinə də BTE yazan sex aşkar edib. Bax, çaş-başlıq bundan qaynaqlanır. Əgər bizim tikiş evinə məxsus məktəbli forması kiminsə xoşuna gəlməsə, biz ona cavabdeh olarıq. Amma başqa yerdən, yarmarkalardan, Sədərəkdən alınan malları biz tanımırıq, onlar bizim mallar deyil. Bizim saytımızda mağazalarımızın telefon nömrələri və ünvanları var. Məsələn, kənar qəsəbələrdə, Mərdəkanda, Xırdalanda, Sumqayıtda, Binəqədi rayonunda və digər yerlərdə var".

Müsahibin sözlərinə görə, saxta məktəbli formaları tikən insanlar bu işdə o qədər mahirdilər ki, bəzən onu orijinaldan seçməkdə çətinlik çəkirsən: "Onlar bizim nümunəni götürüb Çinə aparıb orada zirzəmidə ucuz işçi qüvvəsinə tikdirirlər. Bu məktəbli formalarını nimdaş parçalardan ucuz qiymətə tikib, gətirib burada baha qiymətə satırlar. Bütün respublikada bu saxta paltarlar yayılıb və BTE adı ilə satılır. Orijinal məktəbli forması ilə saxtasını parçasına baxmaqla seçə bilərsiz. Saxta məktəbli formalarının parçaları çox nimdaş, solğun rəngdə, səliqəsiz tikilişlidir. Baxan kimi ayırd etmək olar. Bu paltarlar tez tiftiklənir, yağışa, suya dəyən kimi rəngi qızarır və sairə".
 
 
Rayonlarda olan məktəbli formaları ilə paytaxtda satılan məktəbli formalarının arasındakı qiymət fərqinə gəlincə isə E.Əzimov rayonlarda Bakı Tikiş Evinin ofisinin olmadığını dedi: "Rayonlara paltarlar Bakıdan aparılır. Ola bilər ki, bizim paltarları alıb işbazlıq edir və baha qiymətə satırlar".

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov
isə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil TV-də valideynlərə məktəbli formaları ilə bağlı müraciət edib: "Valideynlərə üz tutaraq demək istəyirik ki, hər hansı bir məktəbli formasının satışı və yaxud alışı ilə bağlı məcbur etmə tədbirləri ola bilməz. Yəni heç bir məktəb və yaxud da yerli təhsil idarə etmə qurumları məktəbli formalarının müəyyən olunmuş ticarət şəbəkələrindən alınması ilə bağlı şərt qoya bilməzlər. Valideynlər istədikləri ticarət şəbəkəsindən məktəbli formasını almaqda sərbəstdirlər" (Yeni Müsavat)


Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol