• $
  • €
  • ₽
  • ₺
  • £

Yol Polisindən sürücülərə BAYRAM XƏBƏRDARLIĞI

Yol Polisindən sürücülərə BAYRAM XƏBƏRDARLIĞI
10.09.2016 15:00
Baş Dövlət Yol Polisi İdarəsi Qurban bayramı ilə əlaqədar olaraq sürücülərə xəbərdarlıq edib.
 
BDYPİ-dən APA-ya verilən məlumata görə, həftəsonu və Qurban bayramı ilə əlaqədar bölgələrə və bölgələrdən paytaxt istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin hərəkətində intensivlik müşahidə olunur:
 
"Sürücülər bu günlər ərzində son dərəcə diqqətli olmalı, yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Xüsusən qaranlıqda yola çıxanlardan xahiş olunur ki, yorğun və yuxulu olarkən sükan arxasına keçməsinlər. Yolboyu yuxu və yorğunluq hiss etdikdə, Dövlət Yol Polisinin istənilən stasionar postunda avtomobili saxlayıb qısamüddətli istirahət etmək mümkündür. DYP xüsusi olaraq sürücülərin diqqətinə çatdırır ki, qaranlıqda yol hərəkətinin digər iştirakçılarının diqqətini yayındırmamaq və qəza şəraiti yaratmamaq üçün işıq cihazlarından düzgün istifadə etmək lazımdır. İşıqlandırılmayan yollarda qarşıdan gələn nəqliyyat vasitəsinə 150 metr qalmış uzaq işıqları yaxın işıqlara keçirməyi unutmayın. İşıqlandırılan yollarda isə uzaq işıqlardan istifadə qəti qadağandır”.
 
Dövlət Yol Polisi xüsusi olaraq sürücülərdən yol və hava şəraitini nəzərə almağı, ərazidəki sürət həddinə əməl etməyi, ötmə-manevr qaydalarını pozmamağı tövsiyə edir: "Qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxmaq və digər bu kimi hallar ağır nəticələrə səbəb ola bilər. Dövlət Yol Polisi xatırladır ki, son vaxtlar baş verən ağır yol-nəqliyyat hadisələrinin əksəriyyəti məhz sürət həddinin aşılması, ötmə-manevr qaydalarının pozulması və qarşı yola çıxılması ucbatından baş verir”.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol