• $
  • €
  • ₽
  • ₺
  • £

Siqaretlərin qiyməti niyə “oynayır”?

Siqaretlərin qiyməti niyə “oynayır”?
10.09.2016 17:07
"Siqaretin qiymətinin "oynaması” dolların qara bazardakı qiymətinin qalxıb-düşməsi ilə əlaqədardır”.

ANN.Az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında iqtisadçı- ekspert Samir Əliyev deyib. İqtisadçı bildirib ki, siqaret istehsal edən şirkətlər məhsulun qiymətini dolların qiymətinə görə təyin edir: "Siqaretlər Azərbaycanda istehsal olunsa da, onun tərkibinə qatılan komponentlər xaricdən gətirilir. Siqaretlərin bahalaşmasına dolların manata nisbətən ucuzlaşması təsir göstərir. Şirkətlər görəndə ki, dolların qiyməti qalxır, məcbur olub istehsal etdiyi məhsulun qiymətini qaldırır. Çünki şirkətlər dolları qara bazardan alır”.

S.Əliyev hazırda bazarlarda sakitliyin yarandığını qeyd etsə də, bunun müvəqqəti xarakter daşıdığını düşünür: "Görünür şirkətlərə də müəyyən inzibati təsirlər olunub. Məhz o təsirlərə görə qiymətlər düşüb. Nəzərə alsaq ki, qısa müddətdə manatın möhkəmlənməsi gözlənilmir, deməli, siqaretin qiyməti tədricən qalxacaq”.



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol