• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada 5 azərbaycanlı iş adamı oğurlanıb - Təcili toplantı

Ukraynada 5 azərbaycanlı iş adamı oğurlanıb - Təcili toplantı
10.09.2016 20:49
Ukraynada daha 5 azərbaycanlı iş adamı naməlum şəxslər tərəfindən qaçırılaraq girov götürülüb. Sonradan iki nəfər pul müqabilində buraxılıb.
 
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) APA-ya verilən məlumata görə, girovluqda qalan iş adamları qurumun Kiyevdəki fəalları Sakit Hacıyev, Elvar İsgəndərov və Dnepropetrovskdə yaşayan diaspor fəalı, iş adamı Vitali Şirinovdur.
 
Ukraynada yaşayan azərbaycanlıların narahatlığı nəzərə alınaraq BUAK Kiyevdə təcili toplantı keçirib. Tədbirdə son 2 ildə Ukraynada azərbaycanlıların mütəmadi oğurlanması, qətli və obyektlərinə hücumların kütləvi hal almasının ciddi narahatlıq doğurduğu vurğulanıb. Qeyd olunub ki, son vaxtlar ölkənin müxtəlif şəhərlərində 12 azərbaycanlı iş adamına məxsus iri restoranlar hücuma məruz qalaraq yandırılıb, 6 bahalı avtomobil qaçırılıb. Ukraynada yaşayan azərbaycanlılar bununla bağlı ölkənin Daxili İşlər Nazirliyinin binası qarşısında kütləvi etiraz aksiyası keçirməyi qərara alıblar. Sentyabrın 14-də saat 12-dən 13-dək keçiriləcək aksiyada Ukraynanın əksər şəhərlərdən azərbaycanlıların iştirak edəcəyi gözlənilir.
 
Tədbirdə Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov bildirib ki, artıq son 2 ildə Ukraynada 20-dən çox azərbaycanlının oğurlanması, qətli və azərbaycanlı iş adamlarının obyektlərinə hücumların kütləvi hal almasının ciddi narahatlıq doğurur. O, 2014-cü ilin may ayında Konqresin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyevə qarşı sui-qəsdi, Kremençuq şəhərinin azərbaycanlı meri Oleq Babayevin öldürülməsini və digər mətbuata məlum baş verən cinayətləri sadalayaraq yeni faktları açıqlayıb: "Kiyevdə iş adamı Xıdır Məmmədov evinə gedərkən naməlum şəxslər tərəfindən oğurlanaraq müqabilində pul alınmaqla buraxılıb. Xersonda Ələkbərov Təbriz adlı azərbaycanlı iş adamı oğurlanaraq eyni qaydada buraxılıb. Ukraynadakı diaspora fəallarına qarşı təhdidlər var. Diaspora hərəkatına maliyyə dəstəyi verən soydaşlarımız hədəfə götürülüb. Son 2 ildə Kiyev, Odessa, Donetsk, Dnepropetrovsk və digər şəhərlərdə bir-birinin ardınca azərbaycanlı iş adamlarına məxsus 12 restoran yandırılıb. Ukraynanın əksər şəhərlərində azərbaycanlı iş adamlarına qarşı inzibati qaydada əsassız təzyiqlər edilir. Buna görə Azərbaycan diasporuna maddi dəstək verən soydaşlarımızın əksəriyyəti müflis olub”.
 
A. Gülməmmədov həmçinin qeyd edib ki, Ukraynanın sərhəd-keçid məntəqələrində azərbaycanlılardan əsassız viza tələb olunması halları var.
 
Tədbirdə Ukraynanın xalq artisti Qurban Abbasov, fəallar və digərləri çıxış ediblər. Soydaşlarımız Azərbaycanın Kiyevdəki səfirliyinin konsulluq məsələləri üzrə katibi Abbas Mustafayevin biganə münasibətindən gileyləniblər. Məsələ ilə bağlı A. Mustafayevdən münasibət öyrənməyə çalışsaq da, bu, mümkün olmayıb.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol