Avtomobillərin icbari sığortasının elektron satışı başlanır

Avtomobillərin icbari sığortasının elektron satışının tətbiqinə az qalıb. İcbari sığortalar haqqında qanuna edilən dəyişikliyə əsasən icbari sığorta müqavilələrinin elektron qaydada bağlanılması nəzərdə tutulub
ANN.Az xezerxeber.com-a istinadən bildirir ki, müqavilələrin kağız daşıyıcada da bağlanılması mövcud olacaq. Yəni sürücülər hər iki variantdan istifadə edə biləcəklər. Elektron müqavilənin tətbiq edilməsində məqsəd sürücülərin işini daha da asanlaşdırmaqdır
İcbari sığortanı elektron qaydada əldə etmək üçün sürücülər elektron imza almalı olacaqlar.
Elektron hökumət portalı ilə yanaşı sürücülər poçt bölmələrinə də yaxınlaşaraq elektron imza ala bilərlər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























