Bakıda beşmərtəbəli binada yanğın

Bu gecə Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
ANN.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Verilən məlumata əsasən, yanğın Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasında baş verib.
Həmin binada yaşayan vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan hamamın plastik qapısı və lambirindən ibarət tavanı deformasiyaya uğrayıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























