• $
  • €
  • ₽
  • ₺
  • £

Leyla Əliyeva Şahmat Olimpiadasının oyunlarını izlədi - FOTOLAR

Leyla Əliyeva Şahmat Olimpiadasının oyunlarını izlədi - FOTOLAR
11.09.2016 12:49
Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Kristal Zalına gələrək yarışların keçirildiyi zala baxıb, şahmatçıların oyunlarını izləyib.

Leyla Əliyeva əvvəlcə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov ilə görüşüb, Olimpiadanın gedişi barədə onunla söhbət edib.
FİDE-nin prezidenti Azərbaycanın bu Olimpiadaya uğurla ev sahibliyi etməsini yüksək dəyərləndirib. Qeyd edib ki, Azərbaycanda təkcə şahmata deyil, ümumilikdə idmanın inkişafına böyük diqqət yetirilir.

Sonra jurnalistlərin suallarını cavablandıran Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib ki, idmançılarımızın bu yarışlarda qazandıqları uğurlar şahmatın ölkəmizdə daha geniş vüsət almasına təkan verib. Leyla Əliyeva deyib ki, ölkəmizin bütün bölgələrində uşaq şahmat məktəblərinin fəaliyyətə başlaması Azərbaycanda şahmata göstərilən xüsusi diqqətin təzahürüdür. Ölkəmizdə keçirilən bu Olimpiada da şahmatın təbliğinə layiqli töhfəsini verəcək.

Daha sonra Leyla Əliyeva Olimpiadanın sərgi salonuna baxıb.

Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Leyla Əliyevaya məlumat verib ki, Olimpiadanın tamaşaçılarına Bakı Kristal Zalında təşkil olunan sərgidə iştirak etmək imkanı verilir. Bu sərgidə şahmatla bağlı nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlarla bağlı plakatlar nümayiş olunur. Burada yaradılan virtual oyun zonası da böyük maraqla qarşılanır.
 
Şəhərimizin sakinləri və qonaqlar zonada virtual olaraq istənilən şahmatçı ilə oynaya bilərlər.
 










www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol