Silahlı Qüvvələrdə "Açıq qapı" günü təşkil edildi - FOTOLAR

Azərbaycan Müdafiə naziri Zakir Həsənovun tapşırığına əsasən Qurban bayramı ərəfəsində hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil edilib.
ANN.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, gün ərzində ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkiblər.
Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunub, onları maraqlandıran məsələlər müzakirə edilib, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilib.















www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























