• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir bayram münasibətilə mədəniyyət və turizm ictimaiyyətini təbrik etdi

Nazir bayram münasibətilə mədəniyyət və turizm ictimaiyyətini təbrik etdi
12.09.2016 10:26
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müqəddəs Qurban bayramı münasibətilə mədəniyyət və turizm ictimaiyyətinə təbrik ünvanlayıb.

ANN.Az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, təbrikdə İslam dünyasının mübarək günlərindən olan Qurban mərasiminin əhəmiyyəti vurğulanır, yüzilliklərdən bəri yaşadılan bu qiymətli ənənənin insanların birliyinə, bərabərliyinə xidmət etdiyi diqqətə çatdırılır.

Bildirilir ki, Qurban bayramı xalqımızın mənəvi-ruhani dünyasında özünəməxsus yer tutur. Tanrıya inam və etibarın sarsılmazlığını simvolizə edən bu ay insanları xeyirxah amallara çağırır, onların mənəvi rahatlığına vəsilə olur. Qurban bayramı ölkəmizin hər yerində böyük ruh yüksəkliyi ilə qeyd edilir.

"Qoy bu mübarək bayramda kəsilən qurbanlar, edilən dualar Tanrı dərgahında qəbul olunsun, xalqımızın birliyini, ölkəmizin əmin-amanlığını əbədi eləsin”, – deyə nazirin təbrikində vurğulanır.
 
Nazir Əbülfəs Qarayev təbrikin sonunda mədəniyyət və turizm ictimaiyyətinə müqəddəs Qurban bayramı münasibətilə möhkəm cansağlığı, xoşbəxt günlər, ailə səadəti və yeni-yeni uğurlar arzulayıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol