• $
  • €
  • ₽
  • ₺
  • £

Çoxlu ət və şirniyyat qəbulundan sonra nə etmək lazımdır? - Dietoloq

Çoxlu ət və şirniyyat qəbulundan sonra nə etmək lazımdır? - Dietoloq
29.05.2020 10:33
"Qurban bayramı günlərində bol miqdarda yeyilən ətdən və şirniyyatdan sonra limon və sirkədən istifadə olunmalıdır".

"Report" Türkiyə mətbuatına istinadən xəbər veir ki, bunu dietoloq Dərya Zünbülcan deyib.

O,  bildirib ki, ət yedikdən sonra müləq limondan, şirniyyat qəbulundan sonra isə sirkədən istifadə olunmalıdır: "Artıq istifadə olunan yağ və duz insanın bədənində qan təzyiqini artırır, hipertoniya, infark kimi problemlərə yol açır. Bayram tətilini artıq çəki almadan və xəstələnmədən keçirmək üçün yeməkdən sonra limon və sirkə istifadə etmək vacibdir. 

Limon antioksidant qidadır və ətin zərərli təsirlərini yox edir. Yağları əridir, dərini canladırır, orqanizmi dezinfeksiya edir. Çox ət yeyən insanlar nizamlı şəkildə limondan istifadə etməlidirlər".

Dietoloqun sözlərinə görə, limon qanın sulanmasını artırdığı üçün qan sulandıran dərmanlar və ya təzyiq dərmanı qəbul edənlər limon istifadəsi ilə bağlı həkimlə məsləhətləşməlidirlər.

Həkim qeyd edib ki, normadan artıq şirniyyat yeyənlərin  qidadan sonra sirkə və ya darçınlı süd içmələri tövsiyə olunur.

Dietoloq gün ərzində bir dəfədən artıq ət istifadə etməyin məsləhət olmadığını bildirib: "gün ərzində az-az tez-tez qidalanmaq lazımdır. sadəcə bir dəfə, amma çox yemək qəfil ürək tutmalarına səbəb ola bilər".

O əlavə edib ki, 100 qram paxlavada 410, 100 qram halvada 304, bir kasa puddinqdə 350 kalori var. 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol