• $
  • €
  • ₽
  • ₺
  • £

Ayran haqqında bilmədiyiniz FAKTLAR

Ayran haqqında bilmədiyiniz FAKTLAR
13.09.2016 14:51
Ayranın yaranma tarixi çox maraqlıdır. Belə ki, göytürklər zamanında turşumuş qatığın (yoqurtun) turşuluğunu azaltmaq məqsədilə ona su qatmışlar. Və belecə, yeni içki növü, yəni ayran meydana çıxmışdır.

Nehrədə yağı alınmış qatığın qalığı yüksək kalorili qida məhsuludur. O, qatığa su və duz əlavə etməklə də əldə edilir.

Hələ qədimdən yerli üsulla qatıqdan kərə yağı aldıqda, qatığın və xamanın nehrədə çalxalanmasından əldə edilən südəbənzər turşməzə maye ayran adı ilə sərinləşdirici içki kimi istifadə edilmişdir. Tərkibində az miqdarda yağ, zülal və 0,7- 0,8%-dək süd turşusu olur. Həzm orqanlarının fəaliyyətini yaxşılaşdırır, dovğa bişirmək, doğramac hazırlamaq, şor almaq və s. məqsədlər üçün istifadə edilir. Hazırda ayranı sənayedə xüsusi texnologiya ilə istehsal edirlər. Ayran ilin isti vaxtlarında susuzluğu daha tez yatırdır. Ev şəratində ayranı qatıqdan və ya süzmədən hazırlamaq mümkündür.
Tərkibi:

1 litr qatıq və ya süzmə;
1 stəkan su;
duz (zövqə görə).
Qeyd etmək lazımdır ki, susuzluğu yatırtmaqda bir nömrəli olan ayranın bu baxımdan şəkər xəstələrinə də məsləhət görülür. Amma ayranın yağı çox olduğundan və kalorili olduğundan kökəlməyə səbəb olur. Bundan başqa, pəhriz saxlayanlara da çox məsləhət görülmür. (saglamolun.az)


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol