• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda sərxoş sürücü ilə yol polisi əməkdaşı arasında dava — VİDEO

Sumqayıtda sərxoş sürücü ilə yol polisi əməkdaşı arasında dava — VİDEO
13.09.2016 20:28

 

Bu gün sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında mübahisəni əks etdirən video yayılıb. Videoda yol polisi əməkdaşının 99 YP 166 dövlət nömrə nişanlı DYP avtomobilinə mindirdiyi sürücü ilə mübahisə etdiyi əksini tapır. Mübahisə zamanı sürücü maşının qapısını bağlamağa imkan vermir. Bu zaman polis qəflətən sürücüyə hücum çəkir.


ANN.Az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Sumqayıt şəhərində baş verib. Sürücü ilə mübahisə edən polis əməkdaşı isə serjant Rauf Bəşirovdur.


Saytın əməkdaşı həmin inspektorla əlaqə saxlayaraq hadisə ilə bağlı məlumat alıb.


DYP əməkdaşı bildirib ki, həmin sürücü avtomobili sərxoş halda idarə etdiyi üçün saxlanılıb. Saxlanılan zaman müqavimət göstərən sürücü müayinəyə getməkdən imtina edib: 


"Mən onu maşına mindirib tibbi müayinəyə apararkən patrul avtomobilinin qapısını bağlamağa imkan vermirdi. Sonra əlində parıldayan şübhəli əşya gördüm. Həmin əşyanı ülgücə oxşatdım. Buna görə də, onu tutub əlindəki əşyanı almağa çalışdım. Sonra məlum oldu ki, əlindəki alışqan imiş. Hadisə yerinə yığılanlar isə bu görüntələri sosial şəbəkələrdə yayaraq guya mənim sürücünü döydüyümü bildirirlər. Lakin belə bir şey olmadı. Baş verənləri şişirdirlər. Mən sürücünü döyməmişəm. Sadəcə təcrübədən də görmüşük ki, bəzən belə intizamsız sürücülər özlərinə xəsarət yetirirlər. Mən də onun əlindəki əşyanı görəndə ehtiyat üçün əlindən almağa çalışdım”.


İnspektor bildirib ki, artıq sürücü tibbi müayinədən keçirilib və onun orta dərəcəli sərxoşluq vəziyyəti müəyyənləşdirilib.


Qeyd edək ki, "Skoda” markalı, 99 BK 194 dövlət nömrə nişanlı avtomobillə təhlükəli manevrlər etdiyi üçün inspektor tərəfindən saxlanılan sürücü 1970-ci təvəllüdlü Nikxoy Telman Bəyaz oğludur. Bildirilir ki, onun Sumqayıtda kriminal dünyanın adamları ilə sıx əlaqələri var. Polisə tabe olmaq istəməməsi də bununla bağlı olub.




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol