• $
  • €
  • ₽
  • ₺
  • £

DVC-yə yeni icraçı direktor təyin olundu

DVC-yə yeni icraçı direktor təyin olundu
14.09.2016 14:36
"Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyində (DVC) Milli Debat Proqramının eksperti olaraq fəaliyyət göstərən Ələkbər Mustafayev təşkilatın yeni icraçı direktoru təyin olunub.

Ələkbər Mustafayev məktəbli və tələbə olduğu dövrlərdə müxtəlif ictimai layihələrin, düşərgələrin və yarışların fəal iştirakçısı olub. Debat fəaliyyətinə 2001-ci ildən başlayan Ələkbər Mustafayev müxtəlif debat formatlarında keçirilən turnirlərdə qalib, ən yaxşı natiq, ən yaxşı hakim, ən yaxşı məşqçi seçilib. O, məktəblilər üçün 2005-ci ildə Karl Popper debat formatında keçirilən Bakı Debat Forumunun ən yaxşı 1-ci natiqi, Linkols Duglas debat formatında keçirilən Respublika Debat Forumunun finalçısı olub. Ələkbər Mustafayev 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsində bakalavr dərəcəsində təhsilini davam etdirib. O, tələbəlik dövründə də debat ictimaiyyətində qalaraq 2006-2007-ci illərdə DVC-də Hakimlik departamentin rəhbəri olaraq fəaliyyət göstərib, eləcə də məzun olduğu ilə qədər müxtəlif debat turnirlərində hakimlik edib. Daha sonra fəaliyyətini biznes sahəsində rəhbər vəzifələrdə davam etdirərək 2015-ci ilə qədər proqramlaşdırma və menecment sahələrində təcrübə qazanıb. Həmin ildən DVC-də Milli Debat Proqramının eksperti olaraq çalışmağa başlayıb.

Məlumat üçün bildirək ki, DVC ("Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən "Debat” təhsil proqramı kimi başlamışdır. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Gənclər və İdman Nazirliyi tərəfindən təşkilat 2005 və 2007-ci illərdə ilin ən yaxşı gənclər təşkilatı kimi xüsusi diplomla təltif olunmuş, 2007, 2011, 2016-cı illərdə AR Prezidenti İlham Əliyevin fəal gənclər ilə görüşündə iştirak etməyə layiq görülmüşdür. Təşkilat öz fəaliyyəti dövründə onlarla yerli biznes və beynəlxalq korporasiyalar, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmişdir. DVC "Beynəlxalq Debat Təhsil Assosiasiyası” (IDEA), "Milli Debat Şəbəkəsi” və "Milli Karyera və İşədüzəltmə Assosiasiyası”nın həmtəsisçisi, öz sahəsində dünya lideri olan "Beynəlxalq Biznes İnkubassiya Assosiasiyası”nın (NBIA) Azərbaycanda yeganə tərəfdaşı, həmçinin dünyanın 200 ölkəsini əhatə edən "Qlobal Sahibkarlıq Şəbəkəsi”nin (GEN) Azərbaycanda eksklüziv nümayəndəsi, Avropa Gənc Sahibkarlar Asosiassiyasının (JEUNE) tam-hüquqlu üzvü, "Amerika-Azərbaycan Ticarət Palatası”nda (AmCham) təmsil olunan yeganə gənclər təşkilatı, eləcə də 2013-cü ildən etibarən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şuranın üzv təşkilatıdır. Həmçinin DVC Avropa Könüllülük Xidmətinin "göndərən” statusuna malikdir.

18 illik təcrübəyə əsaslanan təşkilat Milli Debat Proqramı və "Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı çərçivəsində fəaliyyətini davam etdirərək növbəti mövsümə hazırlaşır.

Milli Debat Proqramı DVC tərəfindən illərlə toplanmış təcrübəyə əsaslanaraq debat metodologiyası vasitəsi ilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır. Milli Debat Proqramı çərçivəsində formal debatlar intellektual komanda oyunu formatında həyata keçirilir.Hal-hazırda 11 Regional Debat Mərkəzi və paytaxtda 15 ali təhsil müəssisəndə Debat Klubları vasitəsi ilə respublikanın 45 rayonunu və bütün böyük şəhərlərini əhatə edir.

"Youth Inc.” Programı "Vətəndaş Cəmiyətində Debat” İctimai Birliyi, "Coca-Cola” şirkəti və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunmuşdur. Proqramın məqsədi Azərbaycanda "Gənc Sahibkarlıq” anlayışının inkişafı, gənclərin biznes haqqında məlumatının artırılması və gənclərə öz biznesini yaratmaqda dəstək olmaqdir. Sözü gedən proqram bir tərəfdən illər ərzində toplanmış təcrübənin nəticəsi, digər tərəfdən isə gənc sahibkarlığa dəstək formasının yeni istiqamətidir.

Qeyd edək ki, "Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Seymur Hüseynov Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) XIV Qurultayında səsvermə nəticəsində Milli Şuranın sədri seçilmişdir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol