• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da "İpək Yolu üzərində ədəbi əlaqələr" mövzusunda ədəbi-bədii gecə keçirildi

ADU-da "İpək Yolu üzərində ədəbi əlaqələr" mövzusunda ədəbi-bədii gecə keçirildi
14.09.2016 19:03
Sentyabr 14-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Konfutsi İnstitutunun təşkilatçılığı ilə görkəmli Çin yazıçı-publisist, müasir Çin ədəbiyyatının banisi Lu Sinin anadan olmasının 135-ci ildönümünə həsr olunmuş "İpək Yolu üzərində ədəbi əlaqələr" mövzusunda ədəbi-bədii gecə keçirildi. 

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan tərəfindən ADU-nun Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Böyük İpək Yolu üzərində mədəni mübadilədə milli ədəbiyyatların qarşılıqlı təsirinin mütərəqqi rolundan danışaraq Azərbaycan ictimaiyyətinin Çin ədəbiyyatına olan böyük marağını xüsusi vurğuladı. O, həmçinin Lu Sinin bir neçə hekayələr toplusunun Azərbaycan dilində nəşr edildiyini dedi. 

ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr, o cümlədən müəllimlər Azərbaycan-Çin ədəbi əlaqələrinin tarixi, Azərbaycan yazıçılarının yaradıcılığında Çin motivləri, məşhur Çin yazıçısı Lu Sinin həyat və yaradıcılığı haqqında danışdılar.

Tədbirdə, həmçinin Lu Sinin ən məşhur əsərlərindən parçalar, onun müəllifi olduğu hekayənin motivləri əsasında çəkilən "Əsl hekayə A-Kyu” bədii filmi nümayiş olundu. 

Tədbirdə Çin Xalq Respublikasının İctimai Elmlər Akademiyasının "Bir kəmər, bir yol"  (Böyük İpək Yolu) mərkəzinin direktoru cənab Süy iştirak edirdi. 



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol