• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid ailələrinə yeni güzəştlər

Şəhid ailələrinə yeni güzəştlər
15.09.2016 10:26
Azərbaycanda şəhid ailəsi anlayışına dəyişiklik edilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı məsələ "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanunun 1-ci maddəsinin ikinci hissəsinə təklif edilən dəyişikliyə əsasən, şəhid ailəsinin üzvü hesab edilmə halları artırılır.

Təklif edilən dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar da həmin təhsil müəssisələrini və elmi təşkilatların magistratura səviyyəsini bitirənədək şəhid ailəsinin üzvləri hesab edilir.

Hazırda qüvvədə olan həmin qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən isə, texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar bu məktəbləri bitirənədək şəhid ailəsinin üzvləri hesab edilir.

Belə ki, qanuna təklif edilən dəyişikliyə əsasən, "texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar bu məktəbləri” sözləri "ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatların magistratura səviyyəsini” sözləri ilə əvəz edilir.

Həmin qanunun 3-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən isə, şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada təminatların verilməsi halları artırılır. Belə ki, təklif edilən dəyişikliyə əsasən, yalnız orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alanlar deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar da təhsil haqqını ödəməkdən azad olunurlar.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol